AZ   |   RU
Naxçıvan televiziyası peyk yayımına başlayıb

 

Naxçıvan televiziyası "Azerspace-1" peykində (11135 Horizontal 30000) yayıma başlayıb.

Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri” – “MEDİAFEST-2025” konfransında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2024-cü ilin 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan televiziyasına peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.




  • Dünən, 10:51