AZ   |   RU
“Zelenskinin qələbə planı onun məğlubiyyətinə gətirib çıxaracaq” - Viktor Orban

“Ukrayna prezidenti Volodimir Zelenskinin irəli sürdüyü qondarma qələbə planı onun məğlubiyyətinə gətirib çıxaracaq”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.


O, qeyd edib ki, Ukrayna lideri öz hərbi planını Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində təqdim edib, onun iştirakçılarının əksəriyyəti hələ də Ukraynada hərbi münaqişənin davam etdirilməsinə sadiqdir. 


Orbanın sözlərinə görə, Aİ artıq Ukrayna ilə birlikdə müharibəni uduzur:


“Məğlub olanlar indi qələbə planına keçmək istəyirlər ki, biz bu planda iştirak etmirik” - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:33