AZ   |   RU
Ərdoğan Azərbaycan, Rusiya, İran və Ermənistan XİN rəhbərləri ilə qapalı görüş keçirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirəcək.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Bildirilir ki, görüş Bakı vaxtı ilə saat 17:00-da mətbuata qapalı keçiriləcək.

Qeyd edək ki, bu gün İstanbulda 3+3 formatında Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq.

 

Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 09:57