AZ   |   RU
Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1530 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1530 hərbçisini itirib.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 675 min 800 nəfərə çatıb.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 13 tank, 23 artilleriya sistemi və 51 zirehli döyüş maşınını məhv edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:38