AZ   |   RU
Ermənistanda hava limanında bomba olduğu bildirildi

 

Ermənistanda polisə Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub. 


Missiya.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.


Məlumata görə, hava limanının əməkdaşları təxliyə edilib. 


Hazırda hadisə yerində Ermənistan Daxili İşlər Nazirliyinin Gümrü Xilasetmə Xidmətinin yanğınsöndürənləri və istehkamları işləyir.


Faktla bağlı Gümrü polisi müvafiq materiallar hazırlayır.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 2-07-2024, 10:54