AZ   |   RU
Bakıda qadın özünü 12-ci mərtəbədən atdı


Bakıda intihar hadisəsi baş verib.

Missiya.Az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsindəki binalardan birində qeydə alınıb.

1994-cü il təvəllüdlü Zenfira Həmidova 12-ci mərtəbədən özünü ataraq öldürüb.

Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.




  • 2-07-2024, 10:07