AZ   |   RU
Ermənistanla ABŞ arasındakı bu sazişin müddəti 2030-cu ilə qədər uzadılıb
 
Ermənistan hökuməti ABŞ ilə nüvə və kimyəvi silahlara qarşı mübarizə üzrə sazişin müddətinin 2030-cu ilin noyabrına qədər uzadılmasını təsdiqləyib.


Missiya.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.


2000-ci ilin iyulunda Vaşinqtonda imzalanmış sazişə əsasən, tərəflər nüvə, bioloji və kimyəvi silahların, habelə onların istehsalı üçün texnologiya və xammalın yayılmasına qarşı mübarizədə əməkdaşlıq etməyi öhdələrinə götürdülər. ABŞ bu məsələdə Ermənistana texniki dəstək verməyə hazır olduğunu bildirib.


Müqavilənin müddəti artıq iki dəfə 7 il müddətinə uzadılıb - 2009-cu ilin mayında və 2016-cı ilin noyabrında - müddəti 2023-cü ilin noyabrında başa çatıb. 2024-cü ilin mayında İrəvanda tərəflər növbəti dəfə sazişin müddətinin 2030-cu il noyabrın 24-dək uzadılmasını nəzərdə tutan sənəd imzalayıblar.


Hökumətin təsdiqindən sonra saziş baxılmaq üçün parlamentə göndəriləcək.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 4-07-2024, 11:35