AZ   |   RU
ŞƏT ölkələrinin təhlükəsizliyi təşkilatın işində prioritet olaraq qalır - Putin
 
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin təhlükəsizliyi təşkilatın fəaliyyətində prioritet vəzifə olaraq qalır və bunun üçün ŞƏT-in regional antiterror strukturu transformasiya ediləcək. 


Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Astanada ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında deyib.


“ŞƏT-in regional antiterror strukturunu təhlükəsizlik təhdidlərinin bütün spektrinə cavab verəcək universal mərkəzə çevirmək, habelə Düşənbədə narkotiklərlə mübarizə mərkəzinin yaradılması ilə bağlı bu gün qəbul edilən qərarların məqsədi məhz bundan ibarətdir”,-deyə Rusiya lideri bildirib.


Bundan əlavə, Putin təşkilatın Qazaxıstanda keçirilən sammiti zamanı təsdiq edilmiş bu sahədə əməkdaşlıq proqramının ŞƏT məkanında separatizm və ekstremizmə qarşı mübarizəyə töhfə verəcəyini vurğulayıb.


O,  ŞƏT ölkələrindən olan sahibkarların əməkdaşlığını qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az







  • 4-07-2024, 12:08