AZ   |   RU
Rusiya İranın Aİİ-də müşahidəçi statusu almaq üçün müraciətini dəstəkləyir - Putin
 
Rusiya İranın Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu almaq üçün müraciətini dəstəkləyir.

Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.


Rusiya lideri cümə axşamı günü Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbərlə görüşüb.


O qeyd edib ki, Aİİ və İran arasında azad ticarət sazişi də iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.


Leyla SƏMƏNDƏR

Missiya.Az



  • 4-07-2024, 12:46