b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_smss.jpeg

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verir.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Missiya.az-a verilən məlumata görə, bəzi vətəndaşların sistem vasitəsi ilə “1” kodu, yəni təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar göndərilmiş müraciətlərini bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib.

Cəmi 2 gün ərzində bu koddan 129 min 763 şəxs istifadə edib.

Bir daha xatırladırıq ki, 1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.

Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və kodlarla bağlı müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.

Hazırda əməkdaşlar üçün icazənin alınması ilə bağlı 54 min 512 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üzrə 738 min 937 aktiv icazə qüvvədədir.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 1 milyon 769 min SMS göndərilib ki, bunlardan 25 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 99,3 faizi 1 dəqiqə ərzində cavablandırılıb.



10 İyul 2020 Pensiya ilə bağlı əhaliyə ŞAD XƏBƏR
10 İyul 2020 Dərslərin nə vaxt real formada başlayacağı ilə bağlı ssenarilər var
10 İyul 2020 Sabahdan bu ərazilərdə nəqliyyat dayandırılır - RƏSMİ
08 İyul 2020 Baş nazirdən 190 manat birdəfəlik ödənişlə bağlı QƏRAR
08 İyul 2020 Sabah Bakıda pik dərəcədə isti gözlənilir - RƏSMİ
07 İyul 2020 Koronavirusun daha bir simptomu açıqlandı
06 İyul 2020 39 dərəcə isti olacaq - PROQNOZ
02 İyul 2020 Yaşayış yerini tərk etməyə 3 halda icazə veriləcək
02 İyul 2020 Marketlərə giriş məhdudiyyətlərlə olacaq!
02 İyul 2020 Təyyarəyə yalnız bu şəxslər buraxılacaq
02 İyul 2020 Sabahın havası: Şimşək, yağış, dolu
23 İyun 2020 Dərsliklərə yeni mövzu daxil edildi - Şagirdlərin nəzərinə
22 İyun 2020 Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
19 İyun 2020 Gəncə Tibb Kollecinin direktoru tələbələrlə onlayn görüş keçirib
19 İyun 2020 Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək
17 İyun 2020 Hava kəskin dəyişir: Sel gələcək - XƏBƏRDARLIQ
16 İyun 2020 İcra hakimiyyətlərinin saytları monotonluq girdabında - Osman Gündüzdən müsahibə
16 İyun 2020 Dövlət təhsil müəssisələrinə böyük güzəşt - 13750 manat ödəməyəcəklər
12 İyun 2020 Baş Nazirdən koronavirusla bağlı MÜHÜM QƏRAR
09 İyun 2020 Toylar nə vaxt bərpa olunacaq? - RƏSMİ CAVAB