sfdsggfdgf.JPG

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.

Nazirlikdən Missiya.Az-a verilən məlumata görə, FHN-dən bildiriblər ki, 2020-ci ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqəyə qatılmaq istəyən şəxslər ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, əmək kitabçasını (olanlar üçün), tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənədi, sağlamlıq haqqında arayışı (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən), və 3x4 ölçüdə qırmızı fonda çəkilmiş iki fotoşəkli şəxsən təqdim etməlidirlər.

Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaq.

Sənədlər 2020-ci il mayın 14-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri Xətai rayonu Nəcəfqulu Rəfiyev 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir. Əlaqə telefonları: (012) 512-17-35 və 512-17-09.



01 İyun 2020 BNA: Maskasız sərnişinlər ictimai nəqliyyata buraxılmayacaq
22 May 2020 Bu marşrut xətti Baku Bus-a keçdi
21 May 2020 Nazirlik pensiyalarla bağlı məlumat yaydı
20 May 2020 Təhsil Nazirliyindən VACİB AÇIQLAMA
19 May 2020 Prezidentdən şəhid ailələrinə ŞAD XƏBƏR
13 May 2020 Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
12 May 2020 Prezident sərəncam imzaladı
12 May 2020 Metro və avtobusda maskaya görə cərimənin məbləği bilindi
12 May 2020 İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək
12 May 2020 190 manat birdəfəlik ödəmə növbəti aylarda da veriləcək? - RƏSMİ CAVAB
08 May 2020 Hava şəraiti kəskin dəyişəcək - Nazirlikdən xəbərdarlıq
08 May 2020 Bu yolda hərəkət məhdudlaşdırıldı – RƏSMİ
07 May 2020 190 manatı ala bilməyən narazı şəxslərin nəzərinə - Bu formada müraciət edin - VİDEO
07 May 2020 SON DƏQİQƏ! Vilyam Hacıyevin prokuror oğlu İŞDƏN ÇIXARILDI
05 May 2020 Umayra Tağıyeva rekord istilərdən danışdı
01 May 2020 Azərbaycanda 10 gün ərzində koronavirusla bağlı vəziyyət gərginləşə bilər - AÇIQLAMA
28 Aprel 2020 Hava ilə bağlı xəbərdarlıq - Sabahın havası
24 Aprel 2020 49 mənzili olan şəxs 190 manat almaq üçün müraciət edib - İNANILMAZ
24 Aprel 2020 Poçt şöbələrinin iş vaxtı uzadıldı
23 Aprel 2020 Bu şəxslərə də 190 manat veriləcək - Nazirlik məlumat yaydı