1573098495_menzil-sehid-aileleri-qarabag-qazileri-bina-imislijpeg.jpg Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 40 mənzil təqdim edilib.

Missiya.Az xəbər verir ki, yeni mənzillə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmalarından, şəhid ailələrinin, əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərdən, pensiya, müavinət və təqaüdlərinin mütəmadi olaraq artırılmasından və cari ildə bu istiqamətdə inqilabi addımlar atılmasından məmnunluqla bəhs ediblər.


Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb. O, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, əlilliyi olan insanların, o cümlədən müharibə və 20 Yanvar əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Bu tədbirlərin davamı kimi, cari ildə Prezidentin təqaüdünün şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırıldığını, müharibə əlilləri və onlara bərabər tutulanlar üçün sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını deyib. Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi proqramının da artıq 96% icra olunduğunu, 11740 şəhidin 17500-ə yaxın vərəsəsinin ödəmə ilə təmin edildiyini bildirib.

V.Nəsirli qeyd edib ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 214 mənzil verilib. Beləliklə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6868 mənzil təqdim edilib.

Qeyd olunub ki, 2018-ci ildə 265 müharibə əlili nazirlik tərəfindən avtomobillə təmin olunub. Cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil təqdim edilib. Ümumilikdə, həmin kateqoriyadan olanlara indiyədək 6400-dək minik avtomobili verilib.

İctimai təşkilatların rəhbərləri şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzillə təmin edilmələri sahəsində görülən ardıcıl işlərin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir nəticəsi olduğunu vurğulayıblar. Təqdim edilən 40 mənzilin 38-i şəhid ailələri və Qarabağ müharibəsi, 2-si 20 Yanvar əlillərinə verilib.


02 İyul 2020 Sabahın havası: Şimşək, yağış, dolu
23 İyun 2020 Dərsliklərə yeni mövzu daxil edildi - Şagirdlərin nəzərinə
23 İyun 2020 SMS icazə ilə bağlı XƏBƏRDARLIQ
22 İyun 2020 Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
19 İyun 2020 Gəncə Tibb Kollecinin direktoru tələbələrlə onlayn görüş keçirib
19 İyun 2020 Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək
17 İyun 2020 Hava kəskin dəyişir: Sel gələcək - XƏBƏRDARLIQ
16 İyun 2020 İcra hakimiyyətlərinin saytları monotonluq girdabında - Osman Gündüzdən müsahibə
16 İyun 2020 Dövlət təhsil müəssisələrinə böyük güzəşt - 13750 manat ödəməyəcəklər
12 İyun 2020 Baş Nazirdən koronavirusla bağlı MÜHÜM QƏRAR
09 İyun 2020 Toylar nə vaxt bərpa olunacaq? - RƏSMİ CAVAB
09 İyun 2020 Azərbaycan sərhədlərinin bağlı qalma müddəti uzadıldı - RƏSMİ
09 İyun 2020 Azərbaycanda xüsusi karantin rejimi uzadılıb
09 İyun 2020 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
03 İyun 2020 Azərbaycanda zəlzələ olub - SON DƏQİQƏ
03 İyun 2020 Təhsil Nazirliyi “Son zəng”lə bağlı qərarını açıqladı
03 İyun 2020 Azərbaycanda məcburi dövlət sosial haqları müvəqqəti azaldılıb
01 İyun 2020 BNA: Maskasız sərnişinlər ictimai nəqliyyata buraxılmayacaq
22 May 2020 Bu marşrut xətti Baku Bus-a keçdi
21 May 2020 Nazirlik pensiyalarla bağlı məlumat yaydı