b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1557747469_1557747294_slide01.jpg Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişikliklərin edilməsi təklif edilir.

Missiya.Az xəbər verir ki, bununla bağlı "Təhsil haqqında”” qanuna dəyişikliklər edilir.

Qanunun hazırkı variantına əsasən, bu qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, müsabiqə yolu ilə həyata keçirilir.

İstisnanın nəzərdə tutulduğu həmin maddəyə (26.5-ci) görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Təklif edilən yeni dəyişiklikdə isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin də orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunması təklif edilir. Hazırda bu kateqoriyadan olan abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar.

Yeni dəyişikliklərə əsasən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas müəssisələrinə də müsabiqədənkənar qəbul olunacaqlar.
16 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
13 Sentyabr 2019 Bakıda piyadalar daha cərimələnməyəcək - Nazirdən ƏMR
11 Sentyabr 2019 679 və 663 bal toplayan əkiz qardaşlar bu ali məktəbi seçdi - FOTO
10 Sentyabr 2019 Baş nazir qərar verdi: bu şəxslərin maaşları artır
09 Sentyabr 2019 Bakıda bu marşrut xəttləri birləşdirilir
06 Sentyabr 2019 Şənbə gününün hava proqnozu açıqlanıb
05 Sentyabr 2019 Hacı Şahin Həsənli mükafatlandırılıb
04 Sentyabr 2019 BŞİ-dən sakinlərə MÜRACİƏT
03 Sentyabr 2019 Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi - VİDEO
30 Avqust 2019 Sentyabr ayına olan hava proqnozu açıqlanıb
29 Avqust 2019 Sabah külək əsəcək, arabir güclənəcək
28 Avqust 2019 Leysan yağacaq, dolu düşəcək
27 Avqust 2019 Sabah hava necə olacaq?
22 Avqust 2019 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO
21 Avqust 2019 Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
19 Avqust 2019 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar 1 həftə bağlı olacaq
19 Avqust 2019 Parkinq üçün pul ödədi, amma cərimələndi - VİDEO
16 Avqust 2019 Umayra Tağıyeva: Hava proqnozunun verilməsi çətinləşib
16 Avqust 2019 Vaqif Əsədovdan sürücülərə çəkələk xəbərdarlığı - FOTO
15 Avqust 2019 Sabah 37 dərəcə isti olacaq