b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_eefdftteeettrrt.JPG “Bizə bu cür əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib”.
 
Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində suriyalı muzdluların Azərbaycan tərəfində döyüşməsi ittihamı ilə bağlı sualı cavablandırarkən bildirib.
 
“Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır”, - Prezident söyləyib.

26 Noyabr 2020 Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağ münaqişəsini müzakirə ediblər
25 Noyabr 2020 Prezidentin köməkçisindən Fransa Senatının qərəzli qərarı ilə bağlı AÇIQLAMA
25 Noyabr 2020 Fransa Senatının qərəzli mövqeyi - VİDEO
24 Noyabr 2020 Sədaqət Vəliyeva: Beynəlxalq hüquq əsirlərimizin talehi ilə bağlı məsələdə ciddi sınağa çəkilir
23 Noyabr 2020 Səfirdən maraqlı paylaşım: Heydər Əliyev Vaqif məqbərəsinə görə Koçaryanı quldurbaşı adlandırmışdı - FOTO
23 Noyabr 2020 Almaniya hərbçiləri Türkiyənin humanitar yük aparan gəmisinə hücum ediblər
23 Noyabr 2020 Norveç Rusiyadakı Baş Konsulluğunu bağlayıb
23 Noyabr 2020 Azərbaycan beynəlxalq reytinqlərdə irəliləməsi təcrübəsini bölüşəcək
22 Noyabr 2020 Putin: “Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”
21 Noyabr 2020 Şoyqu ilə Lavrov Ermənistandadır
21 Noyabr 2020 Lavrov Qarabağ razılaşmasından danışdı
20 Noyabr 2020 Azərbaycan və Fransa XİN başçıları arasında telefon danışığı baş tutub
20 Noyabr 2020 Milli Məclisdə 15 yeni medalın təsis edilməsi təklif olunur
20 Noyabr 2020 Ermənistanın Müdafiə Naziri istefa verdi
19 Noyabr 2020 Lavrov: "Qarabağda atəşkəs məsələsində ABŞ və Fransa da iştirak edib"
19 Noyabr 2020 Putin Qarabağ üzrə Rusiya-Türkiyə müşahidə mərkəzindən danışdı
19 Noyabr 2020 Lavrovla Zərif Qarabağdakı vəziyyəti müzakirə edəcək
19 Noyabr 2020 ABŞ Səhiyyə Nazirliyi Co Baydenə tabe olmaqdan imtina edib
19 Noyabr 2020 Lavrov Minsk Qrupunun həmsədrləri ilə Qarabağdakı vəziyyəti müzakirə etdi
19 Noyabr 2020 Bosniya və Herseqovinanın rəhbəri Prezident İlham Əliyevə zəng vurub