b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_sdfdgdgdgd.JPG

"Azərbaycan Prezidenti llham Əliyevin bu ilin 25 iyun tarixində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı təcavüzkar ölkə olan Ermənistandakı vəziyyəti bütün çılpaqlığı ilə təsvir etməsi, bu “müstəqil” ölkənin yaşadığı dərin böhranı konkret faktlarla qeyd etməsi, Ermənistan rəhbərliyini acı həqiqətlərlə üz-üzə qoyub".

Missiya.Az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat yayıb.

O bildirib ki, “Demokratik inqilab” pərdəsinə bürünüb hakimiyyətə gələn, xalqına qızıl dağlar vəd edən Ermənistan rəhbərliyinin, ölkədəki hakimiyyət bölgüsünü pozaraq diktatura rejimini qurması, verdiyi vədlərinə əməl edə bilməməsi, özündən öncəki cinayətkar rejimin işğalçı siyasətini möhkəmləndirmək, beləliklə də beynəlxalq hüququn norma və prinsiplərini tapdalamaq siyasətini davam etdirməsi artıq Ermənistan baş nazirinin büründüyü pərdənin açılaraq həqiqətləri üzə çıxardığını göstərir:

"Ermənistan baş nazirinin son bəyanat və hərəkətləri onun ölkə daxilindəki uğursuzluğunu, bölgədəki vəziyyəti gərginləşdirərək, münaqişənin yenidən alovlanması yolu ilə ört-basdır etmək cəhdlərindən xəbər verir. Əks-təqdirdə, işğalçı ölkənin rəhbərliyinin Azərbaycana qarşı olan son təxribat və təhrikçi əməllərini necə izah emək olar?!

Təcavüzkar Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq. Azərbaycan xalqı dövət başçısının rəhbərliyi altında və beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi əsasında Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Ermənistan rəhbərliyi isə Azərbaycanın ərazilərinin hərbi işğalı, bu ərazilərdə etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıdığı kimi, cinayətkar əməllərinə görə öz xalqı qarşısında da cavab verəcək".



13 İyul 2020 "Ermənistanın köməyinə Moskva gəlməyəcək” - RUSİYADAN AÇIQLAMA
13 İyul 2020 Ordumuz düşmənin dayaq məntəqəsinə zərbə endirib - VİDEO
11 İyul 2020 "Səhvim oldu, cənab Prezident də məni işdən azad etdi" - Arif Qasımov
11 İyul 2020 Prezident Cahangir Əsgərovla bağlı sərəncam imzaladı
10 İyul 2020 Elmar Məmmədyarovdan DTX-nin əməliyyatı ilə bağlı - AÇIQLAMA
09 İyul 2020 İlham Əliyev açılış etdi - FOTO
08 İyul 2020 “Prezidentin ismarıclarından hər kəs özü üçün nəticə çıxarmalıdır…” – Qənirə Paşayeva
08 İyul 2020 Prezident bu şəxsi vəzifəsindən azad etdi
07 İyul 2020 Virusun yaratdığı iqtisadi gərginlik və Prezidentin verdiyi mühüm mesajlar – Azərbaycan vəziyyətdən necə çıxacaq?
06 İyul 2020 "Kifayət qədər boş çarpayılarımız var, ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq" - Prezident
06 İyul 2020 Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verdi
03 İyul 2020 "Xüsusi karantin rejiminin uzadılması pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb" - Sədaqət Vəliyeva
03 İyul 2020 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO
02 İyul 2020 Türkiyənin Xarici İşlər naziri: “Fransa rəsmi Ankaradan üzr istəməlidir”
29 İyun 2020 Dünyanı xilas etmək missiyası – İlham Əliyev BMT-ni hərəkətə gətirir
27 İyun 2020 “MTN-in belə əməkdaşı olmayıb” - DTX məlumat yaydı
25 İyun 2020 Baş nazirdən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
25 İyun 2020 İlham Əliyevdən Təhsil Nazirliyi ilə bağlı SƏRƏNCAM
24 İyun 2020 İlham Əliyevdən Ziyad Səmədzadə ilə bağlı SƏRƏNCAM
23 İyun 2020 Prezident onları təltif etdi - SİYAHI