b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_c1_3382354d.jpg ABŞ Müdafiə naziri Mark Esper Baş qərargah rəisi, general Mark Milley, Nümayəndələr Palatası və Senatın üzvləri ilə Pentaqonda mətbuata açıqlama verib.

Missiya.Az xəbər verir ki, Esper ABŞ-ın İraqdakı iki hərbi bazasına hücumunun insan itkisi ilə nəticələnmədiyini deyib.

O, 16 raket atıldığını, raketlərin anbarlara, dayanacaqlara, taksi üçün nəzərdə tutulmuş əraziyə və bir helikopterə ziyan vurduğunu bildirib:

“İran üç bölgədən ABŞ-ın iki bazasına qısamənzilli olduğu müəyyən edilən 16 raket atıb. 11 raket Əsəd bazasına, biri isə Erbil bazasına atılıb. İnsan itkisi yoxdur”.

ABŞ və İraqın hücumdan əvvəldən xəbərdar olub-olmadığı ilə bağlı sualları cavablandırmayan Esper hücumun təsadüfi atəş olmadığını deyərək, erkən xəbərdarlıq sistemlərinin hücumun təsirini minimuma endirdiyini bildirib.

Şiə hərbçiləri ilə İranın bir-birinə bağlı olmasına baxmayaraq, ayrı qalması lazım olduğunu deyən Esper “İrandan gələn şiə hərbi qruplarının gələcəkdə oradakı mövcudluğumuzu siyasi və ya hərbi cəhətdən sarsıdılması üçün birbaşa addımlar atacağını gözləyirik”, - deyə vurğulayıb.

Milley isə bildirib ki, hücum maddi təlafat və insan itkisi məqsədilə törədilib.

O, tədbirlər görüldüyü üçün itki olmadığını qeyd edib.

Xatırladaq ki, İran ABŞ-ın İraqdakı iki hərbi bazasına hücum edib.



24 Sentyabr 2020 Müdafiə Nazirliyi təlimlərlə bağlı yeni görüntülər yaydı - VİDEO
24 Sentyabr 2020 Mövqelərimiz yenidən atəşə tutuldu - RƏSMİ
23 Sentyabr 2020 Qüdrət Həsənquliyevlə bağlı məsələ böyüyür - Cəzalandırıla bilər
23 Sentyabr 2020 Ordumuzun artilleriya bölmələri atəş açdı - VİDEO
23 Sentyabr 2020 Rəcəb Tayyib Ərdoğan BMT-də Qarabağ problemini qaldırıb
22 Sentyabr 2020 Ceyhun Bayramovdan yüksək vəzifəyə TƏYİNAT
22 Sentyabr 2020 “Əsrin müqaviləsi” Azərbaycanda yeni neft erasının başlanğıcı oldu
21 Sentyabr 2020 Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO
21 Sentyabr 2020 “Düşmənin təxribata hazırlaşdığı istiqamətlər müəyyənləşib” - Polkovnik
18 Sentyabr 2020 Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi
17 Sentyabr 2020 TƏHLÜKƏLİ OYUN! Rusiya Ermənistanı silahlandırır - Bakının müharibə hazırlığı - Həmsəsdlər niyə susur? - ŞƏRH
17 Sentyabr 2020 Sahibə Qafarova və Valentina Matviyenko Moskvada görüşəcəklər
16 Sentyabr 2020 Ermənilər Tərtərdəki mövqelərimizi atəşə tutub - RƏSMİ
15 Sentyabr 2020 Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi
15 Sentyabr 2020 İlham Əliyev və Ərdoğan arasında telefon danışığı oldu
15 Sentyabr 2020 İlham Əliyev: “Hazırda postpandemiya dövrünə hazırlaşırıq”
14 Sentyabr 2020 SENSASİON İDDİA: İran Süleymaninin ölümünə cavab olaraq ABŞ səfirinə sui-qəsd hazırlayır
14 Sentyabr 2020 Əmircanda yeni park istifadəyə verildi - FOTO
10 Sentyabr 2020 Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
09 Sentyabr 2020 Türkiyəli general İdlibdə şəhid oldu