b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1567400197_baki-sheher-icra-hakimiyyeti.jpg
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib.

Meriyanın mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, rayon icra hakimiyyəti başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib.

Tədbirdə çıxış edən BŞİH başçısı Eldar Əzizov ölkə başçısının apardığı siyasət nəticəsində Bakı şəhərinin sürətlə inkişaf edərək dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini, şəhər infrastrukrunun inkişaf etdiyini qeyd edərək payız-qış mövsümünə hazırlıq tədbirlərinin də şəhərin inkişaf tempinə uyğun təşkil edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edilib ki, paytaxt qurumları qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidir.
 
Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.

Bildirilib ki, güclü qar yağdığı zaman və ya hər hansı digər fövqəladə halın - güclü küləyin, leysan yağışın, zəlzələnin və ya digər təbii fəlakətin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.

Müşavirədə şəhər və rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb.

Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsini nəzərə alaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib


03 İyul 2020 "Xüsusi karantin rejiminin uzadılması pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb" - Sədaqət Vəliyeva
03 İyul 2020 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO
02 İyul 2020 Türkiyənin Xarici İşlər naziri: “Fransa rəsmi Ankaradan üzr istəməlidir”
29 İyun 2020 Dünyanı xilas etmək missiyası – İlham Əliyev BMT-ni hərəkətə gətirir
27 İyun 2020 “MTN-in belə əməkdaşı olmayıb” - DTX məlumat yaydı
27 İyun 2020 “Ermənistanın heç bir təxribatı cavabsız qalmayacaq” - XİN
25 İyun 2020 Baş nazirdən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
25 İyun 2020 İlham Əliyevdən Təhsil Nazirliyi ilə bağlı SƏRƏNCAM
24 İyun 2020 İlham Əliyevdən Ziyad Səmədzadə ilə bağlı SƏRƏNCAM
23 İyun 2020 Prezident onları təltif etdi - SİYAHI
23 İyun 2020 "...onu Vüqar Səfərli ilə bir qəbirdə dəfn etsinlər" - Elşad Eyvazlı avtobusdakı əhvalatdan danışdı
22 İyun 2020 Zakir Həsənov: "Şoyquya yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın"
22 İyun 2020 Prezident yerüstü keçidin açılışını etdi - FOTO
22 İyun 2020 Müdafiə Nazirliyi Şuşanı niyə bombalamadı? - Zakir Həsənovdan Vahid Əhmədova sərt cavab
20 İyun 2020 Azərbaycanda deputat koronavirusa yoluxdu
19 İyun 2020 Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdü - FOTO
18 İyun 2020 Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
18 İyun 2020 Azərbaycan-İran sərhədində atışma - Ölən var
17 İyun 2020 Prezident: “Sudan bu cür sui-istifadə qəbuledilməzdir”
17 İyun 2020 İlham Əliyev Dünya Bankının yeni vitse-prezidenti ilə videokonfrans keçirdi - FOTO