b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_119577264_916401448888477_7337776929877059891_n.jpg

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) sədri Rövşən Məmmədov milli incəsənət tariximizdə 60 illik rolu olan "Azərbaycantelefilm" Yaradıcılıq Birliyini ləğv edib, qurumun rəhbəri xalq artisti Ramiz Həsənoğlunun səlahiyyətlərini məhdudlaşdırıb.

Missiya.Az
-ın AzTV-dəki mənbədən əldə etdiyi məlumata görə, R.Məmmədov "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi kimi iri həcmli qurumun fəaliyyətini yerində yaratdığı "Bədii sənədli filmlər" studiyası ilə əvəzləyib, Birliyin ayrıca maliyyə büdcəsini isə ləğv edərək öz nəzarətinə - QSC-yə yönəldib.

Maraqlıdır ki, sözügedən ləğvetmə ictimaiyyətdən gizlədilib. Azərbaycan tamaşaçısına unudulmaz tamaşa və filmlər bəxş etmiş nəhəng yaradıcılıq qurumunun ləğvi barədə hər hansı açıqlama yaymağa ehtiyac duymayan AzTV sədri bu azmış kimi görkəmli rejissor Ramiz Həsənoğluya qarşı nümayişkəranə şəkildə sayğısızlığa yol verib. R.Məmmədov görkəmli rejissoru əvvəlcə yeni yaratdığı studiyaya direktor təyin etsə də sonradan onun postunu öz yaxını Elçin Quliyevə həvalə edib. R.Həsənoğlunu isə daha aşağı vəzifəyə - studiyanın bədii rəhbəri vəzifəsinə təyin edib. Ümumilikdə isə QSC-də film və tamaşalara ümumi nəzarət sədrin ailəvi dostu, bədii rəhbər Ranar Musayevə keçib.

Xatırladaq ki, Ramiz Həsənoğlu ötən il "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinə direktor təyin olunmuşdu. Qısa müddətdən sonra qurumu ləğv edərək yerində studiya yaradılması, ayrılan vəsaitin böyük hissəsinin isə QSC-yə yönəldilməsi daxildə də əməkdaşlar arasında söz-söhbətlərə səbəb olub.

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin ləğvindən sonra AzTV-nin rəsmi saytındakı “Haqqımızda” bölməsində də dəyişiklik edilib. Artıq "Azərbaycantelefilm" Yaradıcılıq Birliyininin izinə-tozuna da rast gəlinmir.

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyi 1959-cu ildən etibarən xeyli sayda milli teletamaşa və filmlər istehsal edib. Birlik Azərbaycan Televiziyası QSC-nin strukturuna daxil olan hüquqi şəxs kimi fəaliyyət göstərib. Bu günə qədər "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində 800 saat həcmində sənədli televiziya filmləri istehsal edilib və AzTV ilə nümayiş olunub. Bu filmlərin 500 saata qədəri kinolentə çəkilib, qalanı isə videofilmlərdir.

Qeyd edək ki, son günlər AzTV ilə bağlı xoşagəlməz məlumatlar yayılmaqdadır. Bu məlumatlar əsasında hazırladığımız geniş məqaləni yaxın günlərdə diqqətinizə təqdim edəcəyik. Hər halda çox adama maraqlıdır ki, AzTV-də islahatların nümunəsi kimi təqdim olan parıltılı studiyaların arxasında nələr baş verir...

Missiya.Az



25 Sentyabr 2020 Suriyadan Qarabağa 250 erməni yaraqlı gəlib - VİDEO
25 Sentyabr 2020 Azərbaycanda karantin yenə sərtləşir? - TƏBİB-dən açıqlama
24 Sentyabr 2020 Prezident fəxri adlar verdi - SİYAHI
24 Sentyabr 2020 Nazirlikdən övladı məktəbə gedən valideynlərə MÜRACİƏT
24 Sentyabr 2020 İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
23 Sentyabr 2020 Türk ekspertdən HƏYƏCAN TƏBİLİ: "Azərbaycan və Türkiyə buna imkan verməməlidir, yoxsa..." - YENİ TƏHDİD
23 Sentyabr 2020 Prezidentin vətəndaşlarla səmimi görüşü - VİDEO
23 Sentyabr 2020 Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? - RƏSMİ
23 Sentyabr 2020 Millət vəkili: “Məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq"
23 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
22 Sentyabr 2020 Ərdoğan Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib
22 Sentyabr 2020 "Məsuliyyətsiz paylaşımlar Ordumuzu təhlükə qarşısında qoya bilər" - Ramin Əhmədov
22 Sentyabr 2020 Mehriban Əliyeva Şağanda uşaq bağçasının açılışında - FOTO
22 Sentyabr 2020 Koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
22 Sentyabr 2020 Paşinyanın yalançı "staxanovçuluğuna" inananlar üçün sözün bitdiyi məqam və uğursuz Günnüt qisasçılığı... - Aydın QULİYEV yazır
22 Sentyabr 2020 Bakının bu hissəsində su olmayacaq
21 Sentyabr 2020 Şəhid atası: "Oğlumun qısasının alınacağı günü gözləyirəm"
21 Sentyabr 2020 Cəbhədən həyəcanlı xəbərlər gəlir: Əsgərimiz yaralandı
19 Sentyabr 2020 SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19 Sentyabr 2020 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu”