b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_intii1111.jpg

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov vəzifəsindən uzaqlaşdırılıb.

Missiya.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb.

İ.Hümbətov bildirib ki, 20 ildir müxtəlif vəzifələrdə çalışdığı Mədəniyyət Nazirliyində fəaliyyətini bu gündən etibarən başa vurur:

“Bu illər ərzində nazirlik tərəfindən ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği və tanıdılması, Azərbaycan dövlətinin mədəniyyət siyasətinin həyata keçirilməsi ilə bağlı görülən işlərdə mənə həvalə edilən vəzifə səlahiyyətlərinə müvafiq olaraq fəal iştirak etmiş, xüsusilə nazirliyin kütləvi informasiya vasitələri ilə əlaqələrinə məsul şəxs kimi bu qəbildən çoxsaylı layihələrin, respublikamızda, eləcə də müxtəlif xarici ölkələrdə Azərbaycan mədəniyyəti adına reallaşan tədbirlərin mediada dolğun işıqlandırılması üçün səy və bacarığımı əsirgəməmişəm.

Böyük məmnunluq hissi keçirirəm ki, bu sahədə fəaliyyətim, xidmətlərim dövlətimizin başçısı tərəfindən də qiymətləndirilib”.

“İnanıram ki, möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyəti bundan sonra daha da inkişaf edəcək, dünyada daha geniş miqyasda təbliğ və təqdim olunacaq. Bu işdə Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinə uğurlar arzulayıram.

Arxada qalan illər mənə çalışdığım sahədə təcrübə, səriştə qazandırmaqla bərabər, daim təmasda olduğum media sahəsində çoxlu dostlar, dəyərli həmkarlar da bəxş edib. Onların hər birinə uzunmüddətli əməkdaşlığa görə minnətdarlığımı bildirir və işlərində nailiyyətlər arzu edirəm”, - deyə o qeyd edib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_intii.jpg


24 Sentyabr 2020 İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
23 Sentyabr 2020 Türk ekspertdən HƏYƏCAN TƏBİLİ: "Azərbaycan və Türkiyə buna imkan verməməlidir, yoxsa..." - YENİ TƏHDİD
23 Sentyabr 2020 Prezidentin vətəndaşlarla səmimi görüşü - VİDEO
23 Sentyabr 2020 Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? - RƏSMİ
23 Sentyabr 2020 Millət vəkili: “Məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq"
23 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
22 Sentyabr 2020 Ərdoğan Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib
22 Sentyabr 2020 "Məsuliyyətsiz paylaşımlar Ordumuzu təhlükə qarşısında qoya bilər" - Ramin Əhmədov
22 Sentyabr 2020 Mehriban Əliyeva Şağanda uşaq bağçasının açılışında - FOTO
22 Sentyabr 2020 Koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
22 Sentyabr 2020 Paşinyanın yalançı "staxanovçuluğuna" inananlar üçün sözün bitdiyi məqam və uğursuz Günnüt qisasçılığı... - Aydın QULİYEV yazır
22 Sentyabr 2020 Bakının bu hissəsində su olmayacaq
21 Sentyabr 2020 Şəhid atası: "Oğlumun qısasının alınacağı günü gözləyirəm"
21 Sentyabr 2020 Cəbhədən həyəcanlı xəbərlər gəlir: Əsgərimiz yaralandı
19 Sentyabr 2020 SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19 Sentyabr 2020 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu”
19 Sentyabr 2020 "Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları var" - İlham Əliyev
19 Sentyabr 2020 Prezident köməkçisinin QHT-lərlə görüşünü təşkilat sədri belə dəyərləndirdi
19 Sentyabr 2020 Övlad borcu, yoxsa siyasi oyunbazlıq?
18 Sentyabr 2020 "Sədərək" nəzarətə götürüldü: Mağazaların işıqları söndürüldü