AZ   |   RU
Türkiyədə İstanbul bələdiyyəsində korrupsiya işi üzrə 10 nəfər həbs edilib

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İstanbul bələdiyyəsində aparılan istintaq çərçivəsində korrupsiya ittihamı ilə 10 nəfəri saxlayıblar.

Missiya.Az 
xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.


Vəzifəsindən uzaqlaşdırılan İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu ikinci terror işi üzrə prokurorun həbsi ilə bağlı vəsatətinin rədd edilməsindən sonra korrupsiya ittihamı ilə martın 23-dən İstanbulun Silivri ətrafındakı həbsxanada saxlanılır.




Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:39