AZ   |   RU
"Biz Avropanı müdafiə etmək üçün başqalarına arxalana bilmərik” - Ursula fon der Leyen

 

"Biz Avropanı müdafiə etmək üçün başqalarına etibar edə bilmərik".


Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa parlamentində çıxış edən zaman deyib.


O bildirib ki, biz çox aydın görürük, Ukraynadakı müharibə hələ də davam edir və Rusiyadan gələn təhlükə qalmaqdadır.


"Biz Avropanı müdafiə etmək üçün başqalarına arxalana bilmərik. Avropanın müdafiəsi bizim məsuliyyətimizdir", - deyə siyasətçi vurğulayıb.


Leyen qeyd edib ki, Rusiyanın sürətlə silahlanmasını nə qədər çox gözləsək, daha çox Avropa sərmayəsi Avropa İttifaqından kənara gedəcək.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:20