zdsfsdfdg.jpg

Avqustun 5-də verilən yumşaldılma qərarından sonra vətəndaşların çimərliklərə getməsinə icazə verildi. Müvafiq qurumlar çimərliklərdəki sıxlığı əvvəlcədən proqnozlaşdırdıqları üçün ciddi hazırlıq tədbirləri görmüşdü. Çimərliklərdə koronavirusa yoluxma riskini azaltmaq üçün görülən əsas tədbirlərdən biri “cimerlik.az” saytını hesab etmək olar. Saytın məqsədi vətəndaşa hansı çimərliyin dolu, hansının digərinə nisbətən boş olduğu barədə dəqiq məlumat verməkdir. “Cimerlik.az” saytına eyni anda 100 min vətəndaş daxil ola bilər. Amma Bakı ətrafındakı çimərliklərdən yayılan görüntülərdən aydın olur ki, insanlar təhlükənin fərqində deyil və  çimərliyə getməmişdən əvvəl qeyd olunan sayta daxil olmurlar.

Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov Missiya.Az-a açıqlamasında bildirib ki, çimərliklərə gedənlərin sayında ciddi artım müşahidə olunur: “Əsas problem odur ki, bəzi insanlar “cimerlik.az” saytına daxil olmadan, özü üçün müəyyənləşdirdiyi çimərliyə üz tuturlar. Bu bizim bir neçə gündür apardığımız müşahidələrin nəticəsində gəldiyimiz qənaətdir.  Həmin vətəndaş qeyd olunan sayta daxil olmadığı üçün getdiyi çimərliyin dolu və ya boş olduğunu bilmir. Təbii ki, belə hallar çimərliklərdə sıxlıqların yaranmasına səbəb olur.”

Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi qeyd edib ki, çimərliklərdəki sıxlıq koronavirusa yoluxma riskini kəskin artırır: “Hazırda çimərliklər pandemiya dövrü olduğu üçün əvvəlki illərdən az vətəndaş qəbul edir. Məsələn, ötən illərdə 1000 vətəndaşın istirahət etdiyi çimərlikdə, indi 500 vətəndaş dincəlir. 500 nəfərlik limit aşıldıqda isə istər-istəməz sıxlıq yaranır. Yaranan sıxlıq isə yoluxma riskini kəskin artırır”. 

Elmin İmanov çimərliyə gedən vətəndaşlara saytımız vasitəsilə müraciət etdi: “Xahiş edirik ki, vətəndaşlarımız çimərliklərə üz tutmamışdan əvvəl mütləq “cimərlik.az” portalına daxil olub, hansı çimərliyin boş, hansının dolu olduğunu nəzərdən keçirsinlər. Bu portal icazə almaq məqsədilə deyil, çimərliyə gedənlərə informasiya vermək məqsədilə yaradılıb. İstəyimiz odur ki, vətəndaşlar “cimərlik.az” saytından istifadə etmədən çimərliyə üz tutmasınlar. Portalda 101 çimərlik qeydiyyatdan keçib. Bütün çimərliklərdə vətəndaşların istirahəti üçün lazımi şərait yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatı departamenti lazımi təmizlik işlərini həyata keçirir ki, anti-sanitar vəziyyət yaranmasın”.

Missiya.Az



24 Sentyabr 2020 İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
23 Sentyabr 2020 Türk ekspertdən HƏYƏCAN TƏBİLİ: "Azərbaycan və Türkiyə buna imkan verməməlidir, yoxsa..." - YENİ TƏHDİD
23 Sentyabr 2020 Prezidentin vətəndaşlarla səmimi görüşü - VİDEO
23 Sentyabr 2020 Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? - RƏSMİ
23 Sentyabr 2020 Millət vəkili: “Məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq"
23 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
22 Sentyabr 2020 Ərdoğan Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib
22 Sentyabr 2020 "Məsuliyyətsiz paylaşımlar Ordumuzu təhlükə qarşısında qoya bilər" - Ramin Əhmədov
22 Sentyabr 2020 Mehriban Əliyeva Şağanda uşaq bağçasının açılışında - FOTO
22 Sentyabr 2020 Koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
22 Sentyabr 2020 Paşinyanın yalançı "staxanovçuluğuna" inananlar üçün sözün bitdiyi məqam və uğursuz Günnüt qisasçılığı... - Aydın QULİYEV yazır
22 Sentyabr 2020 Bakının bu hissəsində su olmayacaq
21 Sentyabr 2020 Şəhid atası: "Oğlumun qısasının alınacağı günü gözləyirəm"
21 Sentyabr 2020 Cəbhədən həyəcanlı xəbərlər gəlir: Əsgərimiz yaralandı
19 Sentyabr 2020 SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19 Sentyabr 2020 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu”
19 Sentyabr 2020 "Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları var" - İlham Əliyev
19 Sentyabr 2020 Prezident köməkçisinin QHT-lərlə görüşünü təşkilat sədri belə dəyərləndirdi
19 Sentyabr 2020 Övlad borcu, yoxsa siyasi oyunbazlıq?
18 Sentyabr 2020 "Sədərək" nəzarətə götürüldü: Mağazaların işıqları söndürüldü