Azərbaycanın Ukraynadakı sabiq səfiri Azər Xudiyev karantinə alınıb. Missiya.Az-ın əldə etdiyi məlumata görə, sabiq səfir hazırda Bakıda, “Atletlər kəndi”ndə karantindədir.
“Atletlər Kəndi”nə Azər Xudiyevlə bərabər Ukraynadan Azərbaycana son təxliyyə təyyarəsi ilı gətirilən həmyerlilərimiz də yerləşdirilib.
Qeyd edək ki, Ukraynadan koronavirus pandemiyasına görə Azərbaycana gəlmək istəyən həmyerlilərimiz mayın 14-də təşkil olunmuş çarter reysilə vətənə qayıdıblar. Azər Xudiyev də Azərbayca məhz həmin təyyarə ilə dönüb. Məlumat üçün bildirək ki, bu təyyarə ilə Azərbaycana gətirilən həmyerlilərimizdən 29 nəfərində koronavirus infeksiyası aşkarlanıb. Xatırladaq ki, Prezident İlham Əliyev martın 9-da Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin geri çağırılması barədə sərəncam imzalayıb. Onun yerinə isə sabiq deputat Elmira Axundova təyin olunub.
Missiya.Az Kiyev Hava Limanında çəkilmiş fotonu diqqətinizə təqdim edir: 
Missiya.Az