b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_96173082_2717808685162914_5109580437223636992_n.jpg

Xəbər verildiyi kimi, mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. “COVID-19” virusu yayılmağa başlayandan sonra artıq ikinci dəfədir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında Zirvə görüşü təşkil olunur. İlk belə videokonfrans aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəhbərlərinin iştirakı ilə keçirilmişdi. Bu online müzakirənin də əsas mövzusu yeni növ koronavirus idi.

Bu tip videokonfransların ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsirindən danışan Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycan ölkə daxilində koronavirusla inamlı mübarizə aparmaqla bərabər, beynəlxalq nüfuzunu da artırmaqda davam edir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan hər iki videokonfrans Azərbaycanın və onun rəhbərinin dünyadakı nüfuzunun bariz nümunəsidir. Prezidentin irəli sürdüyü bu tip təşəbbüslər dünyada Azərbaycan xalqı və dövləti barədə müsbət imic yaradır. Çünki dünya hazırda “COVID -19” xaosunun içindədir. Hər bir dövlət öz daxili imkanları hesabına pandemiya ilə mübarizə aparmağa çalışır. Azərbaycan isə dünyaya, bu bəlaya qalib gəlməyin tək yolunun birləşmək, birlikdə mübarizə aparmaq olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş sözügedən konfranslar yeni növ koronavirusla mübarizədə atılacaq addımların müzakirəsi, optimal variantların müəyyən edilməsi və paralel olaraq iqtisadi əlaqələrin tənzimlənməsi xüsusunda geniş imkanlar yaradır. İlham Əliyev dünyaya nümayiş etdirir ki, pandemiyaya yalnız birləşməklə, qlobal əməkdaşlığa səy göstərməklə qalib gəlmək olar”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfsdfsddsdassadasd.jpg

YAP rəsmisi “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən videokonfransın əhəmiyyətindən danışarkən qeyd edib ki, Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər arasında körpü yaradır, ölkələri beynəlxalq birliyə səsləyir: “Xüsusilə qeyd etmək lazımdır ki, Qoşulmama Hərakatına 120 ölkə daxildir və bu, dünyanın təqribən üçdə iki hissəsi deməkdir. Yəni Azərbaycan prezidentinin təşəbbüsü ilə dünyanın üçdə iki hissəsi pandemiyaya qarşı birlik, həmrəylik nümayiş etdirir, bəyanatlar qəbul edir. Həmçinin Qoşulmama Hərakatının tarixində ilk dəfə Avropa İttifaqı rəsmisi bu təşkilatın zirvə toplantısında iştirak etdi və nitq söylədi. Bu məqam Azərbaycan prezidentinin həm regionda, həm Şərqdə, həm də Avropadakı nüfuzunun bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan prezidentinin səyləri və müdrik idarəçilik taktikası nəticəsində Qoşulmama Hərəkatı beynəlxalq arenada nüfuzunu artırır, qlobal əməkdaşlıq platformasına çevrilir”. 

R.Əhmədov sonda vurğulayıb ki, İlham Əliyevin qətiyyəti, sülhpərvər təşəbbüsləri və pandemiya şəraitində atdığı bütün addımlar Azərbaycan əhalisi tərəfindən yüksək qiymətləndirilir.


14 İyul 2020 Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü
14 İyul 2020 "Ordu düşmənin başını əzməyi davam etdirəcək" - Müdafiə Nazirliyi bəyanat yaydı
14 İyul 2020 Azərbaycan Müdafiə Nazirliyi: Şəhidlərimizin qanı yerdə qalmayacaq
14 İyul 2020 Azərbaycan Yazıçılar Birliyinin BƏYANATI
13 İyul 2020 "Xaotik təşəbbüslərə yol vermək olmaz" - Qənirə Paşayeva
13 İyul 2020 İIham Əliyev rəsmi İrəvanı küncə sıxışdırır - Düşmənin təxribat cəhdi və çoxsaylı itkiləri
13 İyul 2020 Daha bir həkim koronavirusdan öldü - FOTO
13 İyul 2020 Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
13 İyul 2020 Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
13 İyul 2020 Prezident İlham Əliyev: "Hərbçilərimizin qisası alındı" - VİDEO
13 İyul 2020 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclas keçirilib
13 İyul 2020 Qriqori Trofimçuk: “Paşinyan açıq şəkildə müharibəyə təhrik edir”
12 İyul 2020 İtki verən düşmən geri oturdulub, şəhidlərimiz var
12 İyul 2020 Hafiz Paşayevin həyat yoldaşı vəfat etdi
11 İyul 2020 Mehriban Əliyeva daha bir şəhid ailəsinə dəstək oldu - VİDEO
11 İyul 2020 Prezidentin köməkçisi ictimai nəqliyyatdan istifadə edir - Kartını göstərdi - FOTO
10 İyul 2020 Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ
10 İyul 2020 Real sektora qoyulan sərmayənin pandemiya dövründəki əhəmiyyəti
10 İyul 2020 İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA
10 İyul 2020 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA