b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_74486817_2250853748354445_6274664644967661568_n.jpg İstanbulda fəaliyyət gösətrən “Azərbaycan Türkiye Kardeşlik ve Dayanışma Topluluğu” ve Hüseyin Cavid adına məktəbin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan geniş tədbir keçirilib. Bayrampaşa Bələdiyyəsinin binasında keçirilən mərasimdə azərbaycanlı müəllim və tələbələr, yerli ictimaiyyətin nümayəndələri ve sözügedən ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın və Türkiyənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra hər iki dövlətin himnləri səsləndirilib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_73321894_424019641560442_1959193875176226816_n.jpg

Azərbaycan Türkiyə Kardeşlik ve Dayanışma Topluluğunun başkanı Toğrul Xıdırlı tədbiri açaraq bildirib ki, bayraq qürur mənbəyimiz, hər bir dövlətin rəmzidir. O qeyd edibki: “Qürurla daşıdığımız üçrəngli bayrağımızın tarixi 1918-ci il noyabrın 9-na təsadüf edir. Düz 101 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilib. Ancaq təəssüf ki, müstəqilliyimiz kimi, bayrağımızın da cəmi varlığı 2 il davam edib və 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilib. Bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında bərpa edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev noyabrın 9-nun hər il Dövlət Bayrağı Günü kimi qeyd olunması haqqında Sərəncam imzalayıb".

Tədbirdə digər çıxış edənlər ölkənin əsas atributlarından birinin məhz bayraq olduğunu və bu günün qeyd edilməsinin isə hər bir azərbaycanlı üçün şərəfli olduğunu vurğulayıblar. Tədbirdə habelə bu üç rəngli bayrağın tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacağına inam bildirilib. Tədbirdə bayraq haqqında sənədli film nümayiş etdirilib. H.Cavid adına məktəbin şagirdləri tərəfindən hazırlanmış şerler, vətənpərvər mahnılar ve rəqslər alqışlarla qarşılanıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_77029580_2155016628137927_7346382426974715904_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dffddfdfdfgfgfgf.jpg

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75521916_1795327013945416_5074499754235265024_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75250878_542331303256717_8418963579012644864_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_74982579_1265000483672437_810186159517859840_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_74682740_2715997688444723_567792730911014912_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_73399853_544386526354051_6603378863160426496_n.jpg
06 Dekabr 2019 Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı QƏRAR
06 Dekabr 2019 Azərbaycanlıya Pentaqonda yüksək vəzifə verildi - FOTO
06 Dekabr 2019 Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
05 Dekabr 2019 Sabah Azərbaycanda 650 min ağac əkiləcək
05 Dekabr 2019 MİDA-ya yeni TƏYİNAT
05 Dekabr 2019 “Milli Amal” könüllüləri – Abşeronun pərvanələri
05 Dekabr 2019 Mədət Quliyev generala VƏZİFƏ VERDİ
04 Dekabr 2019 İlham Əliyev yeni təyin etdiyi icra başçıları ilə görüşdü - FOTO
04 Dekabr 2019 Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub - FOTO
04 Dekabr 2019 Prezident yeni icra başçıları təyin etdi - SƏRƏNCAM
04 Dekabr 2019 "Bakı Metropoliteni" bina tikintisini dayandırdı - Vətəndaşlar mənzilsiz qaldı - VİDEO
03 Dekabr 2019 Prezident Elşad Mirbəşir oğluna vəzifə verdi - SƏRƏNCAM
03 Dekabr 2019 Qaxdakı bu məscid uçub dağılır – Əhməd Şahidov Qaratala kənd məscidi ilə bağlı həyəcan təbili çalır
03 Dekabr 2019 Əhaliyə hava xəbərdarlığı - Qar yağacaq
03 Dekabr 2019 SON DƏQİQƏ! Azərbaycanda 5 tələbə qız zəhərləndi
03 Dekabr 2019 "Yenilənmiş Parlament necə olmalı?" sualını Azay Quliyev CBC-yə şərh etdi"
03 Dekabr 2019 Göygöldə Könüllülər Günü münasibətilə tədbir keçirilib - FOTO
02 Dekabr 2019 İctimai şüurdan milli marağa gedən yol
02 Dekabr 2019 İlham Əliyev Gündüz Kərimova yüksək VƏZİFƏ VERDİ
02 Dekabr 2019 Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət edildi - 99 səslə qəbul