b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_Orxan-Atasindan-sikayet-eden.jpg
Ali məktəblərə qəbul olanların qeydiyyat prosesinin bitməyinə 6 gün qalıb.

Tələbə olmaq xəbəri ilə gündəm yaradan Orxan Bağızadə isə attestatının özündə olmaması səbəbindən hələ də qeydiyyatdan keçə bilməyib.

Missiya.Az xəbər verir ki, Orxan “Qafqazinfo”ya müsahibəsində atasının onun oxuya bilməməsi üçün attestatını gizlətdiyini, buna səbəb kimi ailədaxili münaqişələrinin olduğunu bildirmişdi. Sözügedən müsahibədən sonra Orxanın atası Natiq Bağıyev  oğlunun ona şər atdığını, attestatın atada olmadığını iddia edib:

“Mən fəhlə adamam və uşaqlarımı çətinliklə böyütmüşəm. Hərbi komissarlıqdan zəng edib, uşağı dəvət edəndə mən əsəbiləşib dedim ki, o hələ universitetə gedəcək. İstəməyən ata belə edər?

Mənim bu söhbətlərdən xəbərim olmayıb. Sadəcə attestatla bağlı polisə çağırılmışam, onda da demişəm məndə deyil. İşlədiyini deyir, yalandır. Bütün qonşular, iş yoldaşlarım şahiddir. Sadəcə uşaqların xalası, nənəsi qızışdırıb üstümüzə göndərir ki, yaşadığımız evi əlimizdən alsınlar.

Mənim çörək ağacım olan alətlərimi, balaca bacısının telefonunu evdən aparıb satıb, borcları boynuna yığıb. Axırıncı gün evə içkili gələndə mən onu vurdum.

Attestat verməyən ata, niyə tələsik şəxsiyyət vəsiqəsini alır ki, oğlu imtahana getsin?! İmkanı yoxdursa, əlində bahalı telefon, qulaqlıq, əynində təzə paltarlar hardandır? Bir aydır, işə düzəlib. Madam ki, haqqımda belə iftiralar yayır, mən də bu işi məhkəmə yolu ilə həll edəcəm”.

Orxanın təhsil aldığı 68 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyn Əmiraslanov açıqlamasında bildirib ki, o, məktəbdə tərbiyəli uşaq kimi tanınıb:

“Biz ona lazım olan bütün sənədləri vermişik ki, 10 günə attestatının dublikatını çıxarsın. Orxan da, qardaşları da tərbiyəli uşaq olub. Oxuyan olmasa, heç bir hazırlığa getmədən o balı toplaya bilməzdi. İndi ailə daxilində nə söz söhbət olub biz deyə bilmərik. Ancaq atası da həmişə onunla maraqlanıb, məktəbə gəlib-gedib. Elə bu söhbətdən sonra da gəlmişdi. And içir ki, attestat onda deyil”.

O. Bağılının problemi ictimailəşdikdən sonra çoxsaylı vətəndaş ona maddi dəstək göstərmək istədiyini bildirib. Onlardan biri də aktrisa Mehin Hümbətovadır.

ADU THİK-in sədri Şahin Sərdarlı sosial şəbəkədə bildirib ki, artıq Mehin Hümbətova bu gün universitetə gələrək tələbə Orxanın bir illik təhsil haqqını ödəyib.

Bundan başqa, Ş. Sərdarlının sözlərinə görə, Orxana bir semestr boyunca hər ay 100 manat təqaüd və yemək talonları veriləcək. Həmçinin, onun üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə də universitet kömək edəcək.

21 Yanvar 2020 Baş Prokurorluq Nərminin qətli ilə bağlı daha bir sayta XƏBƏRDARLIQ ETDİ
20 Yanvar 2020 "Qoca"nın qardaşı həbs edilib - SON DƏQİQƏ
20 Yanvar 2020 Dünya çempionundan Ramin Əhmədova dəstək - FOTO
20 Yanvar 2020 20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar 2020 Ramin Əhmədov internet səsverməsində liderdir - FOTO
18 Yanvar 2020 Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır
18 Yanvar 2020 Nərminin anası nə üçün ev istədiyini açıqladı
17 Yanvar 2020 MSK Zahir Əzəmətlə bağlı qərar verdi
17 Yanvar 2020 Metro istifadəçilərinə ŞAD XƏBƏR
17 Yanvar 2020 Mənim deputatlıq əqidəm – Ceyhun Musaoğlunun seçki platforması - VİDEO
17 Yanvar 2020 Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox... - VİDEO
16 Yanvar 2020 Nərminin atası Bakıda ev istəmələrindən DANIŞDI - Jurnalistlərin uydurmasıdır
16 Yanvar 2020 Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR
15 Yanvar 2020 İran “Boeing”in vurulma anının görüntülərini yayan şəxsi həbs etdi - VİDEO
14 Yanvar 2020 Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
14 Yanvar 2020 Vilayət Eyvazov rüşvət alan polisi işdən çıxardı - VİDEO
13 Yanvar 2020 Tahir İmanov efirdə Nigar Camalı biabır etdi: “Keçmişini yaddan çıxarıb” - VİDEO
13 Yanvar 2020 Bütün icra başçıları Bakıya çağırıldı
13 Yanvar 2020 Azərbaycanda dəhşət: Ər-arvad dəm qazından boğulub öldü
13 Yanvar 2020 Vilayət Eyvazov Vaqif Əsədov və bütün DYP-nin şəxsi heyətini sərəncama götürdü