b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_sdfdgfghfhgfhg.jpg

"Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bəli, bunu böyük əminliklə demişdi Ulu Öndər. 26 il bundan əvvəl, elə bu günlərdə.

Ölkə əldən gedirdi. Başqa çıxış yolu qalmamışdı. AXC-Müsavat iqtidarı uzun xahişlərdən sonra onu Bakıya dəvət etmişdilər. Bəzən fikirləşirəm ki, əslində Qurtuluş günü 9 iyundan, ümummilli liderin Naxçıvandan Bakıya gəlməsindən başlamışdı. Bəlkə də daha əvvəldən – fevralın 12-dən. Həmin gün Prezident İqamətgahında Əbülfəz Elçibəy Heydər Əliyevlə görüşmüşdü, onunla 8 saat fasiləsiz məsləhətləşmə aparmışdı. Bax, elə həmin ərəfədə Elçibəy artıq başa düşmüşdü ki, ölkə idarəolunmaz hala düşür və Azərbaycanı bu xaosdan çıxara biləcək bir adam var - Heydər Əliyev.

Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini elan edəndə məlum olmuşdu ki, dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Ərazilərimizin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial-iqtisadi durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir şəxsə ehtiyac yaratmışdı. 1993-cü ilin ortalarında vəziyyət katostrafik hal aldı. Azərbaycan az qala müstəqilliyini itirmək ərəfəsindəydi. Sonralar ümummilli lider deyəcəkdi:

Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Bunu XALQ da gözəl başa düşürdü. Elə iqtidarda olan AXC-Müsavat cütlüyü də. Səriştəsizliklərini, ölkəni idarə olumaz duruma saldıqarını etiraf etməsələr də, məcbur idilər. Xalqın tələbi qarşısında dura bilməzdilər. Odur ki, xalqın təkidli dəvətini qəbul edən Heydər Əliyev iyunun 9-da Bakıya gəldi.

İyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Və bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Azərbaycan müstəqilliyini 1991-ci il oktyabrın 18-də elan etsə də, etiraf edək ki, Ulu öndər Heydər Əliyevin1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ilə Azərbaycanın xilasının və əsl müstəqilliyinin təməli qoyuldu. Heç kimə sirr deyil ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1993-cü ilin ortalarından başlayaraq Azərbaycanda hakimiyyətin formalaşmasında güc, zorakılıq tətbiq edilməsi kimi təhlükəli meyllərə birdəfəlik son qoyuldu. O, xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi . Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də isə Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi.

 Etiraf edək ki, o, Azərbaycana olduqca ağır dönəmdə ölkəyə rəhbərlik edirdi. Hər tərəfdən Azərbaycana diş qıcayan qüvvələrlə dolu idi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş görürdü. İlk öncə ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" nin imzalanmasından sonra Azərbaycan necə deyərlər yeni erasının başlanğıcın qoydu. Ölkədə ictimai-siyasi sabitlik neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırılmasına imkan yaratdı. İqtisadi islahatların həyata keçirilməsi istiqamətində böyük addımlar atıldı. Ümumilli liderin fenomenal siyasəti və gərgin əziyyəti nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanındı. Dünya liderləri belə Heydər Əliyev dühasına rəcöətini gizlədə bilmirdilər. Məsələn, keçmiş ABŞ prezidenti Corc Buş deyirdi:

«Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.

Rusiya prezidenti Vladimir Putin ümummilli lider haqda deyirdi: “O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim”.

Bill Klinton Heydər Əliyevə müraciətlə demişdi:

“Cənab Prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır”.

Fransanın sabiq Prezidenti Jak Şirak Heydər Əliyevi qeyri-adi şəxsiyyət adlındırmışdı.

Özbəkistanın sabiq Prezidenti İslam Kərimov: Azərbaycan xalqına həsəd aparıram, çünki onun dəqiq, aydın, ardıcıl siyasəti, mövqeyi olan lideri var”. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer: “Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşüb danışıqlar aparmaq böyük şərəfdir”.

Belə misalları çox çəkmək olar. Hə, ÜMUMMİLLİ LİDERİ belə qiymətləndirirdi dünyanın aparıcı liderləri. Amma ən böyük qiyməti Azəarbaycan xalqı verib məncə: XİLASKAR.

Xilas günümüz mübarək!

SƏBUHİ MƏMMƏDLİ



24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol
22 May 2020 AzTV işdən çıxarılan 9 işçi ilə bağlı məlumat yaydı - MƏTN
22 May 2020 Təhsil Nazirliyi koronavirusa görə şagirdlərlə bağlı mühüm QƏRAR VERDİ
22 May 2020 Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin edildi
22 May 2020 Prezident daha bir icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
22 May 2020 Ukraynadakı sabiq səfirimiz də karantinə alınıb – FOTO
22 May 2020 Azərbaycanda 8 günlük tətil başlayır – RƏSMİ
22 May 2020 Azərbaycanda koronavirusun sürətlə yayıldığı ərazilər - VİDEO
21 May 2020 Rüstəm Usubov vəzifədən azad edildi - SON DƏQİQƏ
21 May 2020 SON DƏQİQƏ! Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər saxlanıldı
21 May 2020 Qənirə Paşayeva: "Radikal müxalifət üçün ön planda dəstək aldıqları xarici güclərin maraqlarıdır"
21 May 2020 Namizəd Səfərov da Milli Şuradan istefa verdi - BƏYANAT
21 May 2020 SON DƏQİQƏ! Bakıda intihara cəhd - VİDEO
20 May 2020 Bu gün 7NEWS.az saytının 5 yaşı tamam oldu - ARAYIŞ
20 May 2020 Azərbaycanda daha bir nazirliyin əməkdaşı həbs edildi
19 May 2020 Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi
19 May 2020 Bunu edənləri 100 AZN cərimə və ya 30 sutka həbs gözləyir - XƏBƏRDARLIQ