|
![]() |
Rusiya sülhməramlılarından ibarət daha bir karvan Qarabağa yollanıb.
Missiya.Az xəbər verir ki, bu barədə “RİA Novosti” kadrları təqdim edib.
Hərbçilər və hərbi texnika İl-76 təyyarələri ilə Ermənistanın Erebuni aerodromuna daşınıb.
Avadanlıqları boşaltdıqdan sonra karvan İrəvandan Xankəndiyə yollanıb. Hərəkətin təhlükəsizliyi hərbi polis tərəfindən təmin edilib.