AZ   |   RU
İsrail ordusu Dəməşqə güclü zərbələr endirdi - Ölənlər var-Yenilənib

İsrail Suriya ordusunun Dəməşqdəki Baş Qərargahına hava zərbəsi endirib.


Missiya.Az “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat verib ki, hava zərbələrinin məqsədi qərargah ərazisinə daxil olmaq olub. Qeyd edilib ki, İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda rejimin druzlara qarşı hərəkətlərini və hadisələrin inkişafını izləməyə davam edir.


Həmçinin İsrail ordusu Suriya ilə sərhəd bölgəsindəki bölmələrini gücləndirəcəyini açıqlayıb.



  • Dünən, 19:24