AZ   |   RU
İmamoğlu 1 il 8 ay həbs cəzasına məhkum edildi


İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu "dövlət məmurunu açıq şəkildə təhqir etmək" ittihamı ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Prosesə İmamoğlunun dürüstlüyünü şübhə altına aldığı iddia olunan İstanbulun baş prokuroru Akın Gürlek haqqında söylədiyi fikirlər səbəb olub.


Qeyd edək ki, İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu ikinci terror işi üzrə prokurorun həbsi ilə bağlı vəsatətinin rədd edilməsindən sonra korrupsiya ittihamı ilə martın 23-dən İstanbulun Silivri ətrafındakı həbsxanada saxlanılır.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 16:51