b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_fffgfgfgfhhghg.JPG

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri  Hikmət Hacıyev “Aljazeera İnternational” kanalında “İnside Story” verilişində Ermənistan baş naziri N.Paşinyanın sabiq diplomatik müşaviri Arsen Xaratyan ilə debata çıxıb.

Missiya.Az xəbər verir ki, Hikmət Hacıyev Ermənistanın gücdən istifadə edərək, Azərbaycan ərazilərini işğal etdiyini, işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmə törətdiyini qeyd edərək, beynəlxalq hüquqa əsasən Ermənistanın hüquqi məsuliyyət daşıdığını bildirib.

H.Hacıyev danışıqlar prosesində münaqişənin mərhələli şəkildə həll edilməli və bu istiqamətdə ilkin addımı kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib, amma  Ermənistan baş nazirinin ziddiyyətli bəyanatları ilə danışıqlar prosesini pozduğunu diqqətə çatdırıb.

O, münaqişənin həllinin siyasi-hüquqi əsaslarının müəyyən olunduğunu və bunun beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsaslandığını bildirib. 

H.Hacıyev Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək Azərbaycan ərazilərinin ilhaqını həyata keçirdiyini, işğal olunmuş torpaqlarımızda qanunsuz əməllər, o cümlədən, qanunsuz məskunlaşma siyasəti apardığını vurğulayıb.  

Ermənistan baş nazirinin sabiq diplomatik müşavirinin Ermənistanda demokratiya qurulması barədə iddialarına cavab olaraq H.Hacıyev demokratiya Ermənistanın danışmalı olduğunu sonuncu məsələ olduğunu bildirib.

Prezidentin köməkçisi əlavə edib ki, Ermənistanda inqilabi diktatura qurulur, jurnalistlər və müxalifətçilər həbs olunur. Onu da qeyd edib ki, demokratik dövlət digər dövlətin ərazisini işğal etmir və qanlı etnik təmizləmə törətmir.

Qarşı tərəfin qardaş Türkiyəyə qarşı iddialarına cavab olaraq H.Hacıyev Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları irəli sürüldüyünü, Ermənistanda dövlət səviyyəsində şovinizm əsasında “böyük Ermənistan” təbliğatının aparıldığını və gənc nəslin bu ruhda böyüdüldüyü vurğulayıb.

H.Hacıyev Ermənistanın sərhədlərinin bağlı olmasının və Ermənistanın özünü təcrid vəziyyətində yaşamasının günahının Ermənistanın yürütdüyü irticaçı siyasət olduğunu bildirib, H.Hacıyev rasizm, şovinizm prinsipləri əsasında Ermənistanın yeni milli təhlükəsizlik strategiyasının hazırlandığını qeyd edib. 

Türkiyə-Ermənistan sərhədinin bağlı olmasına gəldikdə isə Prezidentin köməkçisi Ermənistanın öz ərazisindən hücum edərək Kəlbəcəri işğal etdikdən sonra BMT Nizamnaməsini əsas tutaraq Türkiyənin təcavüzkar ölkə olan Ermənistanla sərhədlərini bağladığını qeyd edib. 

Veriliş əsnasında H.Hacıyev dövlət sərhədinin Tovuz istiqamətində baş verən hadisələr, Ermənistanın növbəti təxribatı və hərbi avantürası, mülki insanların Ermənistan tərəfindən qəsdən hədəfə alınması faktlarını diqqətə çatdırıb.


30 Sentyabr 2020 İlham Əliyev: "Ermənistan hökuməti şərtimə əməl edərsə, döyüşlər dayanacaq"
28 Sentyabr 2020 Komendant saatında bu şəxslər çölə çıxa biləcək - Siyahı
24 Sentyabr 2020 Rəsmi Bakı beynəlxalq qurumlara çağırış etdi: Ermənistan yeni hücuma hazırlaşır
23 Sentyabr 2020 “Qüdrət Həsənquliyev məmur olsaydı, Prezident onu vəzifəsindən azad edərdi” - Hikmət Hacıyev
22 Sentyabr 2020 DTX vətəndaşlara müraciət etdi
18 Sentyabr 2020 Azərbaycan generalları Ermənistanla sərhəddə - FOTO
14 Sentyabr 2020 İlham Əliyev: “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül qaçılmazdır”
11 Sentyabr 2020 Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq
08 Sentyabr 2020 Lukaşenko: “Belarusdakı etirazların arxasında ABŞ dayanır”
07 Sentyabr 2020 Mixeil Saakaşvili Gürcüstanın baş nazirliyinə namizəd oldu
03 Sentyabr 2020 Xarici işlər nazirinin müavini işdən çıxarıldı
31 Avqust 2020 Prezident COVID-ə qarşı peyvənddən danışdı
27 Avqust 2020 Türkiyədən Azərbaycana daha bir dəstək - Hərtərəfli kömək ediləcək
25 Avqust 2020 Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinə yeni təyinatlar
21 Avqust 2020 İlham Əliyev: “Dünyanın ən böyük enerji şirkətləri ilə danışıqlar aparılır”
19 Avqust 2020 ÜST-dən karantin rejiminin ləğvi ilə bağlı AÇIQLAMA
17 Avqust 2020 Təhsil naziri məktəblərin açılmasından danışdı
13 Avqust 2020 Baş nazirdən koronavirusla bağlı tapşırıq: Bu şəxslərin işləməyi qadağan edilsin
12 Avqust 2020 Prezident Əli Əsədovu daha bir yüksək vəzifəyə təyin etdi
11 Avqust 2020 Mövlud Çavuşoğlu: “Azərbaycandan adığımız qazın həcmini artıracağıq”