AZ   |   RU
İsrail İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər - KİV

İran nüvə proqramını canlandırmaq qərarına gələrsə, İsrail hərbi əməliyyatları bərpa etməyə hazırlaşır.


Missiya.Az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.


Bildirilib ki, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın İsrailin İrana yeni hücumlarına yaşıl işıq yandıra biləcəyinə inanırlar. Xüsusilə də İranın nüvə böhranının həlli İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı əsas mövzuya çevrilib.


İsrail rəsmilərinin sözlərinə görə, Netanyahu Trampla ABŞ və İran arasında gözlənilən nüvə danışıqları və yenilənmiş hərbi zərbələrə haqq qazandıracaq mümkün ssenarilərlə bağlı anlaşma əldə etməyi planlaşdırır. 



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:33