AZ   |   RU
Netanyahu Trampı Nobel Sülh Mükafatına namizəd göstərib


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiyini bildirib.


Missiya.Az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.


Netanyahunun sözlərinə görə, təşəbbüs Donald Trampın beynəlxalq arenada sülhün təşviqinə verdiyi töhfəni tanımaq məqsədi daşıyır.  Xüsusilə, bu, ABŞ-nin İsraillə bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərinə aiddir. 


Qeyd edək ki, Trampın özü də dəfələrlə bəyan edib ki, dünyanın müxtəlif regionlarında vəziyyətin sabitləşməsi üçün göstərdiyi səylərə görə özünü bu mükafata layiq görür. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 11:56