AZ   |   RU
Rusiya FHN rəhbəri Azərbaycana təşəkkür edib

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıda azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla danışıqlar aparıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.


"Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla ikitərəfli görüş keçirib. Aleksandr Kurenkov son İran-İsrail münaqişəsi zamanı İrandan Rusiya vətəndaşlarının təxliyəsinin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib", - deyə qeyd edilib.




Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:28