b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_efdgfghh.jpg

Türk Şurasının Baş Katibliyi “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb. Qurumun saytında dərc olunan sənəddə deyilir:

“Türkiyə Respublikasının əleyhinə olan, erməni ideoloqlarının düşmən doqmasına əsaslanan və bəzi dövlətlər tərəfindən dəstəklənən “erməni soyqırımı” ilə bağlı iddialar tarixi təhrif edərək siyasi məqsədlərə çatmağı hədəfləyir.

Tarixi həqiqətləri araşdırmadan hadisələrə siyasi və hüquqi qiymətin verilməsi, qərarların qəbul edilməsi, xüsusilə də kollektiv şüurda nifrət, tarixi düşmənçilik və intiqam hissləri yaradaraq həyata keçirilməsi insanlığı, vicdanı və mərhəməti yox edərək, xalqların qarşılıqlı anlaşma və sülh şəraitində yaşamalarına təhlükə yaradır. Regiondakı qarşıdurmalar, qaçqın və məcburi köçkünlər kimi problemlər, əsasən, bu hadisələrin məntiqi nəticəsidir.

Müasir beynəlxalq münasibətlər və bu günə qədər baş verən bütün faciələr şəffaf və ədalətli şəkildə öyrənilməlidir. Bu kontekstdə 1915-ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılması üçün ortaq bir Tarix Komissiyası yaratmaq və bu məqsədlə arxivləri açmaq üçün Türkiyənin təşəbbüsü təqdirəlayiqdir.

Əminik ki, alimlər və tədqiqatçılar tərəfindən tarixi faktların qərəzsiz şəkildə araşdırılması və dəyərləndirilməsi 105 il əvvəl baş vermiş hadisələrə aydınlıq gətirəcək”.



21 May 2020 Putin Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı tapşırıq verdi
15 May 2020 II Elizabet İlham Əliyevə məktub göndərdi
14 May 2020 "Başqa ölkələrdə nazir dərhal istefa verərdi" - Siyavuş Novruzov Nazirlikdəki həbslərdən danışdı
13 May 2020 İlham Əliyev yeni təyin edilən icra başçısını videoformatda qəbul etdi - FOTO
07 May 2020 Prezident karantinin yenidən sərtləşdirilmə ehtimalından danışdı
05 May 2020 Siyavuş Novruzov yeni həbs dalğasının anonsunu verdi: "Onlar da həbs olunmalıdır"
04 May 2020 İlham Əliyevin təşəbbüsü ilə daha bir Zirvə görüşü keçiriləcək
01 May 2020 Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlandı - RƏSMİ
30 Aprel 2020 Nazirlikdən 190 manat yardımla bağlı ən son məlumat
29 Aprel 2020 Koronavirus böhranından qazancla çıxan ölkələr də var
22 Aprel 2020 87 yaşlı kəlbəcərli Prezidentə təşəkkür məktubu yazdı
20 Aprel 2020 Azərbaycanda ordudan tərxis başladı
15 Aprel 2020 “Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır” - XİN
14 Aprel 2020 Prezident İlham Əliyev videokonfrans şəklində müşavirə keçirib - FOTO
09 Aprel 2020 Baş nazir Azərbaycanda ötən ilin işsizlik səviyyəsini açıqladı
06 Aprel 2020 Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar
31 Mart 2020 İrandan Dağlıq Qarabağda keçirilən seçkilərə REAKSİYA
27 Mart 2020 Azərbaycanda bu məhsullar ƏDV-dən azad edildi - FƏRMAN
18 Mart 2020 İcra başçılarına nəzarət gücləndirilir - Yeni qərar
16 Mart 2020 Azərbaycanda koronavirusa görə cərimələr tətbiq olunacaq - 5 min AZN