b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfdgfhfhfh.jpg

"Müxalifətin dəyirmi masası sünidir və sadəcə gündəmə gəlmək cəhdidir".

Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov özünün facebook hesabında yazıb.

O bildirib ki, ötən gün müxalifətin bir neçə nümayəndəsinin keçirdiyi dəyirmi masa sadəcə gündəmə gəlmək cəhdidir: "Vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir. Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən xoda düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır?!"

Partiya funksioneri xatırladıb ki, dəyirmi masada yığışanların bir qrupu vaxtilə hakimiyyətdə olub: “İstər İsa Qəmbər, istər Əli Kərimli, istərsə də Arif Hacılı hakimiyyətdə olduqları zaman xalqın başına nə oyun açdıqları hamının yaxşı yadındadır. Dəyirmi masada Hikmət Hacızadə də var idi. Onu haradan tapıblar, o nə vaxtdan siyasətçi olub? Rusiyada səfir də işləyə bilmədi, yola saldılar gəldi. Bu cür insanlara Azərbaycanın taleyini etibar etmək olar? Bunlara bir orta məktəbin idarəsini belə tapşırmaq olmaz.

Pənah Hüseynin özü vaxtilə hakimiyyətdə təmsil olunanda insanların başına oyunlar gətirirdilər, Azərbaycanın dövlət büdcəsinə süpürgə çəkirdilər. Bunlar hamısı xalqın yadından çıxmayıb. İndi gəlib humanizmdən, demokratiyadan danışırlar. Qısa müddət ərzində hakimiyyətdə olduqları zaman ən böyük anti-demokratik hərəkətləri bunlar etdilər.

İsa Qəmbər Ali Sovetin sədri, Pənah Hüseyn baş nazir, Əli Kərimli də dövlət katibi idi. O zaman bu "demokratlar" Yeni Azərbaycan Partiyasının qurultayını Bakıda keçirməyə imkan vermədilər.

O vaxt Gəncə hadisələri zamanı İsa Qəmbər deyirdi ki, bomba töküb camaatı qırmaq lazımdır. Gəncə kimi şəhəri bombalamaq istəyən adam indi guya xalqın qədrinə qalır. Və yaxud da Surət Hüseynovun qorxusundan qaçıb Kələkidə gizlənən Əli Kərimli xalqı necə qoruya bilər?

Əli İnsanov indi yanaşı oturduğu İsa Qəmbər haqqında vaxtilə demişdi ki, "İsa Qəmbər genetik xəstədir". İndi görəsən o xəstədən ona hər hansı bir infeksiya keçəcək, yoxsa yox? İndi Əli İnsanov İsa Qəmbərin yanında oturub və dəqiqədə-bir ayağa qalxıb ona təşəkkürünü, minnətdarlığını bildirir, halbuki, vaxtilə İsa Qəmbərin yeddi arxa dönəmini təhqir edirdi.

Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, “mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur? Ona görə ki, bunlar üçün dəyər yoxdur, bunlar üçün pul var, şəxsi maraqlar var. Xalq, millət onlar üçün arxa plandadır. O dəyirmi masada olanlar hərəsi bir qütbdə, ayrı-ayrı baxış bucağı altında olan adamlardır. Onların birgə fəaliyyəti qeyri-mümkündür.

Yəni o dəyirmi masada oturan hər bir insan barədə kifayət qədər məlumat var. Bunların hər biri artıq tarixin qaranlıq bir arxivindədirlər. Ona görə də təzədən ortaya çıxıb nəsə etmək çox gecdir, qatar artıq gedib. Müxalifətin özündə islahat getməlidir. Ancaq bunlar islahat etmək istəyəndə də kimisə ya partiyadan uzaqlaşdırırlar, ya ona qarşı ciddi təhqirlərə başlayırlar".

S.Novruzov bir daha vurğulayıb ki, bu dəyirmi masa da sadəcə gündəmdə qalmaq cəhdidir:

"Onlar insanların yadından çıxıb. Bilirsiniz ki, qarşıdan parlament seçkiləri gəlir. Bu baxımdan, bu dəyirmi masa özlərini yada salmaq üçün separat danışıqlardır. Bilirsiniz ki, AXCP ilə Müsavat arasında heç vaxt birgə seçki fəaliyyəti olmayıb. Bunlar arasında daim mübarizə olub. Bu gün də süni şəkildə orada bir yerdə olduqlarını göstərməyə çalışdıqlarına baxmayaraq, sabah mətbuatda bir-birilərinə necə ağır ittihamlar və sözlər demələrinin şahidi olacağıq".

14 Noyabr 2019 Prezident Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdi
13 Noyabr 2019 Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib
12 Noyabr 2019 Milli Məclisdə 8 deputat yeri boşdur
08 Noyabr 2019 Bayrağımız - milli qürur mənbəyimiz - Əli Həsənov yazır
05 Noyabr 2019 Rəcəb Tayyib Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
04 Noyabr 2019 ABŞ Azərbaycanın güc strukturlarına “5” qiyməti verdi
01 Noyabr 2019 Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı
30 Oktyabr 2019 İslahatlara qarşı çıxanlar cəzalandırılacaq - Əli Həsənov
29 Oktyabr 2019 Rəsmi Bakı David Tonoyanı “xəstə” adlandırdı
28 Oktyabr 2019 Prezidentdən yeni - SƏRƏNCAM
25 Oktyabr 2019 İlham Əliyev Bakıdan dünyaya səsləndi: “Qarabağ əzəli Azərbaycan torpağıdır” - VİDEO
23 Oktyabr 2019 Prezident: “Bəzi hallarda dövlət məmurları haqsız rəqabət aparırlar”
22 Oktyabr 2019 Siyavuş Novruzov mitinqlə bağlı çağırış etdi - “Hamı münasibət bildirsin”
21 Oktyabr 2019 Baş Prokurorluq: Polis əməkdaşları hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verməyib
17 Oktyabr 2019 Prezidentin iradları və NONSES: Hörmətli nazir, eşitdiniz? – Müşavirəyə jurnalistikadan baxış
16 Oktyabr 2019 Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
14 Oktyabr 2019 Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır
11 Oktyabr 2019 Prezidentin köməkçisi: "Azərbaycanın seçki sistemi dünya üçün nümunədir"
10 Oktyabr 2019 Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir"
09 Oktyabr 2019 “Mən başqa tədbirdə də Paşinyana cavab verə bilərdim” - İlham Əliyev