b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fghgjhkjggg.jpg
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan Müdafiə naziri David Tonoyanın "Qarabağ məsələsi öz həllini tapıb” fikrinə münasibət bildirib.
 
Missiya.Az xəbər verir ki, L.Abdullayeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin iştirakı ilə uzun illərdir səylər davam etdirilir.
 
O deyib ki, belə olduğu halda işğalçı ölkənin Müdafiə nazirinin məlum fikirlə çıxış etməsi yalnız xəstə təxəyyülün məhsulu ola bilər.
 
"Faşizmi qəhrəmanlaşdıran, Azərbaycanın ərazilərini işğal edərək bu torpaqlarda yaşayan yerli azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirən və Xocalı soyqırımı kimi vəhşilik törədən bir ölkənin müdafiə nazirindən daha nə gözləmək olar?!”, - deyə XİN rəsmisi əlavə edib.
 
L.Abdullayeva söyləyib ki, Ermənistanda qəhrəman səviyyəsinə yüksəldilən faşist cəlladı Qaregin Njde də vaxtı ilə məsələnin həll edildiyini düşünürdü:
 
"Ancaq onun aqibətinin necə olduğu hamıya bəllidir. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq prinsipləri tam təmin edildikdən və ədalət bərpa olunduqdan sonra, beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü bərpa edildikdən sonra həll olunacaq”.
 
Qeyd edək ki, D.Tonoyan jurnalistin "Siz Qarabağ münaqişəsinin həllini necə təsəvvür edirsiniz?” sualına pafosla və məntiqsiz cavab verib.
 
"Ancaq qələbəni təsəvvür edirəm. Qarabağ məsələsi həll olunub”, - o qeyd edib.
17 Yanvar 2020 Bu şəxslərə birdəfəlik maddi yardım ayrıldı
15 Yanvar 2020 Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir
13 Yanvar 2020 Deputatlığa namizədlərə pul veriləcəkmi? – Rəsmi
08 Yanvar 2020 Xamenei ABŞ bazalarına hücuma şəxsən rəhbərlik edib - FOTO
06 Yanvar 2020 Tramp İraqı hədələdi və şərt qoydu: "Düşmənçilik olacağı təqdirdə..."
26 Dekabr 2019 Zurabişvili: Azərbaycanla sərhədləri tam razılaşdırmalıyıq
25 Dekabr 2019 Türkiyə ordusu Liviyaya girəcək? - RƏSMİ CAVAB
23 Dekabr 2019 Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI
20 Dekabr 2019 Tramp Senatda impiçment prosesinin dərhal başlanmasını istədi
17 Dekabr 2019 İlham Əliyev: "Əminəm ki, səfəriniz iki ölkə arasındakı əlaqələrə çox güclü təkan verəcək"
16 Dekabr 2019 İlham Əliyevdən Xırdalanla bağlı mühüm sərəncam
12 Dekabr 2019 “Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun" - Siyavuş Novruzov
09 Dekabr 2019 “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir” – Gürcüstan Prezidenti
04 Dekabr 2019 İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular
03 Dekabr 2019 Sergey Lavrovdan Qarabağ açıqlaması: "Kompromis üçün imkanlar var”
02 Dekabr 2019 Prezident Dilarə Seyidzadəyə orden təqdim edib - FOTO
28 Noyabr 2019 Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır! - Əli Həsənovun yazısı
25 Noyabr 2019 "Müstəqil Azərbaycanda böyümüş gənclər komandası var" - Mehriban Əliyeva
22 Noyabr 2019 Ədliyyə Nazirliyi: "Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"
19 Noyabr 2019 Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı - Türkiyə mətbuatı