b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1572609997_798925.jpg

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda gedişhaqlarının artırılacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, ötən gün “Xəzər TV”-də yayımlanan “Hər şey daxil” proqramında kart sisteminə keçid tam başa çatandan sonra gediş haqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini deyib:

“Yəni, bu, sadəcə fikir olaraq söylənilib, ortada heç nə yoxdur. Bir gün sonra bəzi KİV bu açıqlamaya istinad edərək guya marşrut avtobuslarında gediş haqqının artacağı ilə bağlı məlumatlar yayıblar. Qiymət artımı olacağı ilə bağlı əsası olmayan bu məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub. Bildirirəm ki, heç bir qiymət artımından söhbət getmir. Digər yandan qiymət tənzimlənməsi BNA tərəfindən yox, digər müvafiq qurum tərəfindən həyata keçirilir”.

Efirdə səslənən fikirlərin izahına gəlincə, M. Ağayev bildirib ki, məsələn, Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır:

“Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır. Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir. Bir daha qeyd edirəm, qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır”.

//Apa.az

23 Yanvar 2020 Xanlar Fətiyev Azərbaycanda avtobus istehsalından danışıb - FOTO
16 Yanvar 2020 Mərkəzi Bankın strukturu dəyişdi
16 Yanvar 2020 Ötən il Azərbaycanda rekord məbləğdə vergi toplanıb
13 Yanvar 2020 "Gəncə Avtomobil Zavodu" Finlandiya şirkəti ilə müqavilə imzalayıb
25 Dekabr 2019 İcra Hakimiyyəti bu işləri Murad Dadaşovun şirkətinə həvalə etdi – 175 minlik müqavilə
18 Dekabr 2019 Gürcüstandan Azərbaycana gələn şəxsin gömrükdə yalanı üzə çıxdı - FOTO
17 Dekabr 2019 Evi olmayanlara şad xəbər - İlham Əliyev fərman imzaladı
11 Dekabr 2019 Mikayıl Cabbarovdan qərar – İcrasına şəxsən özü nəzarət edəcək
09 Dekabr 2019 Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilir - FOTOLAR
08 Noyabr 2019 Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
24 Oktyabr 2019 Azərbaycanda yeni 5 manatlıq dəmir pullar buraxıldı - FOTO
23 Oktyabr 2019 Bu şəxslər üçün aylıq vergi azaldılır
19 Oktyabr 2019 Azərbaycanda gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
27 Sentyabr 2019 Hökumət gələn ilin büdcəsinə “hə” dedi
23 Sentyabr 2019 GMO məhsullarla birgə mübarizə barədə tədbir keçirilib - FOTO
30 Avqust 2019 "Moody's": Azərbaycanda vergi islahatları büdcənin qeyri-neft kəsirini azaltmağa imkan verəcək
28 Avqust 2019 Bakı-Məşhəd və Bakı-Tehran-Kərbəla avtobus marşrutları açılır
22 Avqust 2019 Əli Əhmədov: Yayın ortasında iki manata kartof olmaz
16 Avqust 2019 Azərbaycan vətəndaşlarının vizasız səfər edə biləcəyi ölkələr - SİYAHI
14 Avqust 2019 Azərbaycan nefti kəskin bahalaşıb