AZ   |   RU
Azərbaycanda qanvermə aksiyası keçiriləcək

İyulun 5-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək.


Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, "Respublika Qan Bankı", Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının iştirakı ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılacaqlar.


Qanvermə aksiyası Aşura mərasiminin dərin mənəvi və humanist ruhunu əks etdirərək, insanlar arasında həmrəyliyin aşılanması, yardımlaşmanın önəmini təşviq etmək məqsədi daşıyır. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.


Qeyd edək ki, bu il aksiyalar Şuşa, Ağdam şəhərləri, Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkəmizin müxtəlif şəhər və rayonlarında təşkil ediləcək.



  • Dünən, 18:46