AZ   |   RU
Moskvadan mesaj var – “Bizim üçün, xalqlarımız arasındakı dostluq münasibətləri çox önəmlidir”


 


Rusiya Azərbaycanla münasibətləri qarşılıqlı maraqlar əsasında qurur. 

 

Missiya.Az xəbər verir ki, bunu Sputnik radiosunun efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

"Bundan qazanc əldə etmək istəyənlər çoxdur. Ehtiyatlı olsunlar, çünki bizim üçün, məncə, xalqlarımız arasındakı dostluq münasibətləri həqiqətən də çox önəmlidir və onları korlamağa çalışanlar nə etdikləri barədə yaxşı düşünməlidirlər", - o deyib.

 

Zaxarova vurğulayıb ki, uzun illərdir ki, Rusiya Azərbaycanla münasibətləri qarşılıqlı maraq və hörmət əsasında qurur.

 

“Bizi çox şeylər bağlayır, o qədər sənəd imzalanıb”, - o əlavə edib.

 

Elcan

Missiya.Az




  • Dünən, 15:36