AZ   |   RU
Ursula fon der Leyen Avropa Komissiyasının sədri vəzifəsindən uzaqlaşdırıla bilər - KİV

Avropa Parlamenti Avropa Komissiyasının sədri Ursula fon der Leyenə etimadsızlıq səsverməsinə baxmağa hazırlaşır.


Missiya.Az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.


Bildirilib ki, təşəbbüs ifrat sağçı rumıniyalı deputat Qeorqe Piperea tərəfindən irəli sürülüb.


Məlumata görə, Piperea və sağ partiyalardan olan digər deputatlar Komissiyanı koronavirus böhranı dövründə Ursula Fon der Layen ilə ABŞ-nin "Pfizer" şirkətinin rəhbəri arasında aparılmış mesajlaşma ilə bağlı məlumatları bu günədək açıqlamamaqda ittiham edirlər. Bu məsələ ilə bağlı Avropa İttifaqı məhkəməsi də yaxın vaxtlarda belə bir məlumatı gizlətməyin yetərli hüquqi əsaslara söykənmədiyinə qərar verib. Bundan əlavə, təxminən dörd milyard avro dəyərində peyvəndlərin istifadəsiz qalması və Komissiyanın rəqəmsal xidmətlər haqqında qanunun tətbiqi ilə Rumıniya və Almaniyadakı seçkilərə təsir göstərdiyi də iddia olunur.


Qeyd edək ki, ötən həftə Pipera ilkin 74 imza ilə etimadsızlıq səsverməsi üçün təşəbbüs irəli sürdü. Daha sonra bir neçə deputat səslərini geri götürdü, lakin ifrat sağçı lider imzalayanların sayının 79-a çatdığını və bu məsələnin parlamentdə baxılması üçün kifayət etdiyini söylədi.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:41