AZ   |   RU
“Avropada bəzi qüvvələr Moskva ilə Bakı arasında münasibətləri korlamağa çalışırlar” - Qriqori Karasin

 

“Avropada bəzi qüvvələr Moskva ilə Bakı arasında münasibətləri korlamağa çalışırlar”.


Missiya.Az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin deyib.


"Avropada, o cümlədən Qafqazda bəzi qüvvələr son illərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə əldə edilən bütün yaxşı nəticələri korlamağa çalışırlar. Yeri gəlmişkən, Ermənistanla da eyni şey baş verir”, - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, bu məsələ ilə bağlı təzyiqlər təşkil olunub və geniş cəbhədə aparılır.


"Bu gün öyrəndik ki, Ukrayna Prezidenti Volodimir Zelenski də bu hücuma qoşulub", - deyə Karasin əlavə edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 16:32