AZ   |   RU
Netanyahunun oğlu İsraildəki dərin dövlətdən danışıb - “Onlar Amerikanın diktəsi ilə hərəkət edir”

İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu ölkəsində dərin dövlətin atasını hədəf aldığını iddia edib.


Missiya.Az xəbər verir ki, bu barədə Yair Netanyahu “TOV”a müsahibəsi zamanı məlumat verib.


Yair Netanyahu atasına qarşı açılan korrupsiya işinə toxunaraq bildirib ki, bu hüquqi diktatura məsələsindən heç kimin xəbəri yox idi və dərin dövlət məsələsi yalnız bir neçə nəfərin bildiyi bir matris idi.


Yair Netanyahu, İsraildəki dərin dövlətin Amerikanın dərin dövlətinin uzantısı olduğunu və müstəqil hərəkət etmədiyini qeyd edib:


"Burada baş verənlər rəngli inqilab idi və ABŞ onlar üçün uyğun olmayan hökümətləri devirir”, - deyə o əlavə edib.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 16:19