AZ   |   RU
“Ukrayna ilə danışıqların üçüncü raundunun tarixi hələ müəyyən edilməyib” - Peskov

“Moskva və Kiyev arasında danışıqların üçüncü raundunun vaxtı hələ dəqiq deyil”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.


O bildirib ki, Kreml vaxtın tezliklə müəyyənləşəcəyinə ümid edir.


“Tarixlərin tezliklə razılaşdırılacağını gözləyirik. Bu, qarşılıqlı prosesdir", - deyə siyasətçi vurğulayıb.


Xatırladaq ki, tərəflər arasında sonuncu dəfə danışıqlar iyunun 2-də İstanbulda baş tutub.



Daşqın Həsənov
Missiya.A
z



  • Dünən, 15:56