b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_m2.jpg

Sentyabrın 25-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən qeyri-rəsmi iclasında çıxış edib.

Missiya.Az xəbər verir ki,bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çıxışında nazir Ceyhun Bayramov dünyada COVID-19 pandemiyasının yayılmasının davam etdiyi bir vaxtda böhran vəziyyətində əməkdaşlıq məsələsinin aktuallıq qazandığını qeyd edərək, tədbir iştirakçılarına pandemiyanın aradan qaldırılması üçün Azərbaycanın beynəlxalq səylərə verdiyi töhfə, o cümlədən BMT Baş Assambleyasının xüsusi sessiyasının və Qoşulmama Hərəkatı Əlaqə Qrupunun Zirvəsinin çağırılması kimi bir sıra vacib təşəbbüsləri barədə məlumat verib.

Pandemiyanın yalnız sağlamlığa deyil, iqtisadiyyata da təsirinin böyük olduğunu qeyd edən nazir, hərtərəfli və davamlı iqtisadiyyat qurmaq üçün trans-sərhəd ticarəti, bağlılığı və yeniliyi təşviq edən ölkə qismində Azərbaycanın Xəzər dənizi - Qara dəniz əməkdaşlığının inkişafında fəal rolundan danışıb.

Azərbaycanın Qara dəniz bölgəsinin firavan gələcəyinə inandığını qeyd edən nazir Ceyhun Bayramov, bu məqsədə nail olmaq üçün ilkin şərt qismində dövlətlərin müstəqilliyə, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət etmələrinin zəruri olduğunu səsləndirib.

Tədbir zamanı çıxışında BMT Baş katibinin qlobal atəşkəsə riayət olunmasına dair çağırışına Azərbaycanın guya ki, məhəl qoymaması barədə Ermənistan Xarici İşlər nazirinin ənənəvi əsassız iddialarına münasibət bildirən nazir Ceyhun Bayramov Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayaraq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxladığını vurğulayıb.

İyulun 12-16-da iki dövlətin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın yeni təcavüz aktına cəhd etdiyi, lakin bu ölkənin siyasi və hərbi məqsədlərinə nail olmadığı qeyd olunub. Ermənistanın Tovuz istiqamətində əvvəlcədən planlaşdırdığı hərbi təxribatının səbəbləri, o cümlədən öz işğalçı siyasətindən arxa plana keçmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, ərazinin yaxınlığından keçən mühüm enerji və nəqliyyat infrastrukturuna zərər vurmaq, nəhayət, öz əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq barədə tədbir iştirakçılarına məlumat verildi. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə aldığı və iyul təxribatında 76 yaşlı insanın öz həyətində qətlə yetirildiyi bildirildi.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qaldığını söyləyən nazir vurğulayıb ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək və beləliklə də bölgədə geniş miqyaslı iqtisadi əməkdaşlığa yol açılacaq.

Məlumat üçün bildirmək istərdik ki, QDİƏT Xarici İşlər nazirlərinin video-konfrans formatında iclasında 12 üzv ölkədən yeddi ölkə Xarici İşlər nazirləri, beş ölkə isə Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində iştirak edib. Tədbirdə, həmçinin Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi çıxış edib.


27 Oktyabr 2020 Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
27 Oktyabr 2020 Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
27 Oktyabr 2020 Ön cəbhədə döyüşən əsgərin xəyalını gərçəkləşdirən iş adamı onunla görüşdü - VİDEO
26 Oktyabr 2020 İlham Əliyev: “Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”
25 Oktyabr 2020 İlham Əliyev: “Qubadlı şəhəri işğalçılardan azad olundu”
24 Oktyabr 2020 MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
23 Oktyabr 2020 Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
23 Oktyabr 2020 Baş infeksionist əhaliyə müraciət etdi
23 Oktyabr 2020 DİN-dən əhaliyə terror xəbərdarlığı - "102" -yə zəng edin
22 Oktyabr 2020 "Birliyimizi pozmağa cəhd edən xainlərin bütün cəhdləri iflasa uğrayacaq" - Ramin Əhmədov
22 Oktyabr 2020 Azərbaycanda koronavirusa yoluxmada yeni rekord qeydə alındı: Altı nəfər öldü
22 Oktyabr 2020 Ermənistanda günlük yoluxma 2 mini keçdi
22 Oktyabr 2020 İmmuniteti artıran dərmanlar koronavirus üçün təhlükəli imiş
21 Oktyabr 2020 Hikmət Hacıyev Ermənistanın baş nazirinə cavab verib
21 Oktyabr 2020 Azərbaycan ordusu 24 günə Ermənistana illik büdcəsi qədər ziyan vurub
19 Oktyabr 2020 Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
19 Oktyabr 2020 İşğalçı Ermənistan, tarixi reallığı tanı!
18 Oktyabr 2020 Ermənistanın xüsusi təyinatlıları ordumuzun həmləsinə tab gətirməyərək qaçdı - VİDEO
18 Oktyabr 2020 Müdafiə Nazirliyi: Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu
18 Oktyabr 2020 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir