b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dgfdgfghhh.JPG

Deputat Fazil Mustafa koronavirus pandemiyası dövründə bəzi iş yerlərinin açılmasını təklif edib.

Missiya.Az xəbər verir ki, deputatın fikrincə, xüsusi karantin dövründə marketlərə çox sayda insan daxil olur.

"Amma digər müəssisələr işləmir. Kiçik sahibkarlıq fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında operativ qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq”, - deyə F.Mustafa əlavə edib.

Millət vəkili qeyd edib ki, rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın.

Millət vəkili Vahid Əhmədov da qeyd edib ki, karantin rejimi dövründə bir çox sahələrin fəaliyyətinə icazə verilməlidir: “Türkiyədə bütün müəssisələr işləyir, amma dövlət ciddi nəzarət edir. Karantin rejimini pozanlara qarşı tədbirlər görülür. O, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib ki, hökumət Azərbaycanda yaranan su qıtlığının aradan qaldırılması üçün addımlar atmalıdır".

“Dövlət büdcəsində xərclərin artırılması böhrandan çıxmaq üçün potensial imkanlar formalaşdırır”. Bunu isə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Millət vəkili deputatlar Erkin Qədirli və Bəxtiyar Əliyevin təhsil haqlarının azaldılması barədə təkliflərinə də münasibət bildirib. O qeyd edib ki, Nazirlər Kabinetinin təhsil haqqının ödənilməsində güzəşt edilməsi barədə qərarı var. Millət vəkili bildirib ki, güzəştlər yalnız yaşayış səviyyəsi, maddi durumu aşağı olan şəxslərə aid edilir.

Deputat Bəhruz Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib. O, bildirib ki, bu gün şəhid general-mayor Polad Həşimovun adı üzərindən sosial şəbəkələrdə manipulyasiyalar edilir. “Ötən gün xəbər yayıldı ki, guya Qəbələdə Həzi Aslanovun küçəsinin adı dəyişdirilərək, Polad Həşimov küçəsi olub. Sonra məlum oldu ki, bu, yalan xəbərdir”, - deyə B.Məhərrəmov əlavə edib.

Millət vəkili söyləyib ki, şəhid adı üzərindən, karantin qaydaları ilə bağlı da oyunlar oynanılır. “Hökumətə qarşı açıq çağırışlar edilir. Bu, cinayət təqibinin başlanılması üçün əsas olmalıdır”.



19 Sentyabr 2020 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimlə bağlı RƏSMİ AÇIQLAMA
18 Sentyabr 2020 İntihar edən 27 yaşlı müəllimənin YENİ FOTOLARI
18 Sentyabr 2020 Pensiya alanlara ŞAD XƏBƏR - Artım olacaq
17 Sentyabr 2020 Azərbaycan-İran sərhədində atışma - Ölən var
17 Sentyabr 2020 DYP-dən piyadalara müraciət
17 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
16 Sentyabr 2020 Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 141 yeni yoluxma
16 Sentyabr 2020 Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
16 Sentyabr 2020 Bakıda yoluxma ən çox bu rayondadır
15 Sentyabr 2020 Ombudsman Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
15 Sentyabr 2020 Rusiya Türkiyəyə qarşı hərəkətə keçdi - Yunanıstanla qalmaqallı razılaşma - FOTO
15 Sentyabr 2020 Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirəcək
14 Sentyabr 2020 ÜST koronavirusla bağlı xəbərdarlıq etdi: "Ölüm halları artacaq"
14 Sentyabr 2020 Vitse-spiker Ramiz Mehdiyevə cinayətkar dedi
14 Sentyabr 2020 Azərbaycanda rusdilli məktəblərin bağlanması ilə bağlı təkliflərə rəsmi münasibət
14 Sentyabr 2020 BDU-nun vəzifəli şəxsi tələbənin ölümünə görə hakim qarşısına çıxarıldı
14 Sentyabr 2020 Yeni tədris ilinin ilk dərsləri müəyyənləşdi
11 Sentyabr 2020 Spiker Sahibə Qafarova Türkiyə parlamentinin bombalanmış hissəsi ilə tanış oldu - FOTO
11 Sentyabr 2020 Sentyabrın 15-də “Bilik günü” keçiriləcək? - Nazirlikdən AÇIQLAMA