b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_zscsdfdgfdgfh.jpg

Azərbaycanda “COVİD-19” infeksiyasının yayılma riskinin azaldılması məqsədilə iyunun 21-dən bəri tətbiq olunan sərt karantin rejiminin avqustun 5-də ləğv ediləcəyi ilə bağlı ehtimallar var. Bu ehtimalları ortaya çıxaram səbəblər isə yoluxma və ölüm hallarının azalması, ümumi sanitar-epidemioloji vəziyyətin sabitləşməyə doğru getməsidir.

Bir çox tibbi mütəxəssislər, millət vəkilləri ölkə ərazisində yumşaldılma tədbirlərinin mərhələli şəkildə həyata keçirilməli olduğunu qeyd edirlər.

Professor Adil Qeybulla Missiya.Az-a açıqlamasında bildirib ki, avqustun 5-dən sonra “evdə qal!” rejiminin ləğv edilməsini, çimərliklərin açılmasını və rayonlara test-neqativ insanların səfərlərinə icazə verilməsini məqsədəuyğun hesab edir: “ Yuxarıda sadalanan mexanizmlər üzrə ciddi rejimli əks-epidemik davranışların tətbiqi daha da sərtləşdirilməlidir. Karantin rejimi yumşaldıldıqdan sonra əhalinin pandemiya dövrünə uğyun davranış qaydalarına riayət edib-etməməsinə ciddi nəzarət edilməli, maarifləndirici və inzibati tədbirlər daha da gücləndirilməlidir. Həmçinin aptek şəbəkələrinin “COVİD-19” xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş dərman preparatları ilə təchizatı, süni qiymət artımına ciddi nəzarət təmin edilməlidir".

Professor 15 sentyabr tarixinədək ictimai yerlərin fəaliyyəti hazırda bağlı olduğu kimi qapalı saxlanılmalı olduğunu deyib: “Məsələn, ticarət obyektləri, restoranlar, şadlıq və mərasim evləri, təhsil müəssisələri, otellər və istirahət mərkəzləri və s. ictimai yerlərin fəaliyyəti bərpa olunmamalıdır. Banklar, apteklər, marketlər hazırda olduğu qaydalarla əks-epidemik davranışlara ciddi əməl olunmaqla fəaliyyətlərini davam etdirməli, parklar, çimərliklər və idman obyektləri istifadəyə açıq olmalıdır. Əhalinin ölkə daxilində gediş-gəlişinə maneələr aradan qaldırılmalıdır”.

Adil Qeybulla bildirib ki, insanların qaydalara əməl etməsi üçün əhalinin sıx toplaşdığı məkanlarda və obyektlərdə təlimatlar hazırlanmalıdır: “Karantin yumşaldıqdan sonra bütün qapalı məkanlarda, ictimai nəqliyyat vasitələrində, ictimai iaşə müəsisələrində, istehsal müəssisələrində, inzibati və özəl binalarda, idman obyektlərində və b. insanların əks-epidemik davranış qaydalarını ehtiva edən təlimatların hazırlanmasını və onların insanlara əlçatanlığının təmin olunması məqsədəuyğundur. Həmçinin qapalı sahələrin, obyekt və müəssisələrin ölçülərinə, sahəsinə uyğun insanların maksimal sayı, əks-epidemik (karantin) davranışların işlənib hazırlanması vacibdir. Obyektlərə giriş və çıxışda bədən temperaturunun ölçülməsi, maskanın taxılması, zərurət olduqda birdəfəlik baxil geyilməsi, sosial məsafə gözlənilməsi, əllərin dezinfeksiya olunması üçün şərait yaradılmalıdır”.

Elvin Məmmədov
Missiya.Az


07 Avqust 2020 SOCAR-dan Hacıqabulda qaz xəttində baş verən yanğınla bağlı AÇIQLAMA
07 Avqust 2020 SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdi
07 Avqust 2020 Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
07 Avqust 2020 Avqust ayı üzrə 190 manatın necə veriləcəyi bilindi - RƏSMİ
07 Avqust 2020 Polis xüsusi karantin rejiminə əməl etməyənlərə qarşı reyd keçirdi
07 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
07 Avqust 2020 Azərbaycanda koronavirusa yoluxmanın ən çox və ən az olduğu yerlər - SİYAHI
06 Avqust 2020 “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bəs gəliri hardadır?” - Video
06 Avqust 2020 Azərbaycanda karantin rejiminin yenidən yumşaldılmasına hazırlıq görülür - Baş nazir
06 Avqust 2020 Rayonlara gediş-gəlişin açılması TƏKLİF OLUNDU - VİDEO
06 Avqust 2020 Bakı-Sumqayıt qatarı 3 aylıq bağlanır
06 Avqust 2020 Türkiyədə dollar kəskin bahalaşdı
06 Avqust 2020 Məktəblər açılsa, bu şərtlərə əməl edilməlidir
06 Avqust 2020 Polad Həşimovun adı verilən küçə ilə bağlı - Rəsmi açıqlama
06 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər-RƏSMİ
06 Avqust 2020 Beyrutdakı partlayış ölkəyə milyardlarla dollar ziyan vurub
05 Avqust 2020 Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO
05 Avqust 2020 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
05 Avqust 2020 FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
05 Avqust 2020 Beyrutdakı partlayış zamanı ayin icra edən kahin belə qaçdı - VİDEO