b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_vdgffgf.JPG

"Sərt karantin rejimi nə deməkdir? İnsanlar pandemiyaya yoluxmamaq üçün evində qalsın, ətraf mühitdən təcrid olunsun və beləliklə də, sağlamlığını təmin etsin. Əlbəttə ki, karantin ən effektiv mübarizə üsulu deyil, ancaq dünyada bundan daha yaxşı qoruyucu metod da tapılmayıb. Cərimələr də əslində, insanları bu qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir. Yəni, cəriməyə məruz qalmamaq düşüncəsi tək bir insanı deyil, həm də onun yoluxdura biləcəyi digərlərini xilas edir".

Missiya.Az xəbər verir ki, bu sözləri  Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəsmi mətbuata müsahibəsində deyib. 

Nazir polisin əsas işinin cərimə yazmaq olmadığını bildirib.

"Bu həqiqəti daxili işlər orqanlarının əməkdaşları aylardır ki, əhaliyə çatdırırlar. Bizim əsas işimiz cərimə yazmaq deyil və xatırladım ki, qaydaları ilk dəfə pozanların əksəriyyətinə heç cərimə də yazılmayıb, onlara xəbərdarlıq edilib.

Müxtəlif istiqamətlər üzrə monitorinqlər də aparırıq. Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir. İaşə obyektlərində, açıq və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur. Son günlər yoluxmaya məruz qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi meydana çıxır. Yaxud icazəsi olmadığına görə şəhəri tərk etmələrinə imkan verilməyən, ancaq postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət etməyə cəhd edən yüzlərlə şəxsi hamı gördü.

Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da hər gün rastlaşırıq. Daxili işlər orqanları bu kimi halları, - əslində o həm də cinayət faktlarıdır, - müəyyən edən müasir texnikaya malikdir və qeyd etdiyim faktlar dərhal müəyyənləşdirilərək lazımi hüquqi tədbirlər görülür.

Son günlər ölkə ictimaiyyəti, deputatlar, ziyalılar açıqlamalarında karantin rejiminin tələblərinin pozulmasına, maska taxmamağa görə polisin daha sərt tədbirlər görməsini istəyirlər. Bu fikirlər, əlbəttə, təbii qarşılanır və polis bu işin öhdəsindən gəlir. Ancaq daxili işlər orqanlarının əməkdaşları hər bir məkanda, hər bir məhəllədə sutkalıq nəzarət həyata keçirə də bilməz... Bu nəzarət Prezidentimizin dediyi kimi, ümumxalq işinə çevrilməlidir.

Daxili İşlər naziri olaraq ictimaiyyətə müraciət edib bir daha bildirmək istərdim ki, bu cür neqativ hallara qarşı mübarizə yalnız rəsmi çərçivədə və polis müdaxiləsi ilə aparılmamalıdır. Biz bu ürək ağrıdan prosesdə ictimai qınağın, məzəmmətin və nəzarətin artırılmasını çox vacib sayırıq. Əgər vətəndaşlarımız öncə özləri qaydalara əməl edib, sonra da ətrafdakıların bu tələblərə riayət etməsinə çalışsalar, həmçinin tələblərə zidd davranışları müəyyənləşdirib çəkinmədən məlumat versələr bu prosesdə müsbətə doğru dönüş yaranar. Faktlar sübut edir ki, ictimai nəzarət bəzən elə rəsmi nəzarət qədər təsirli olur.

Ümumilikdə sərtləşdirilmiş karantin rejimində vətəndaşlarla polis əməkdaşları arasında əsasən səmimi, qarşılıqlı etimada əsaslanan, təəssübkeşlik ovqatlı münasibətlər mövcuddur və davam edir. Bu həmrəyliyi, işbirliyini yüksək qiymətləndirirəm və əminəm ki, əlaqələrimiz daha da möhkəmlənəcək".



12 Avqust 2020 Vilayət Eyvazov bu rayona yeni DYP rəisi təyin etdi
12 Avqust 2020 ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
12 Avqust 2020 Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır
12 Avqust 2020 18 yaşlı gənc Tibb Universitetindən imtina edib, arzularının dalınca getdi - VİDEO
12 Avqust 2020 Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yaydı
11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO
11 Avqust 2020 “Karabakh Is Azerbaijan” platforması erməni yalanları ilə mübarizəyə başladı
11 Avqust 2020 Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
11 Avqust 2020 Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma
11 Avqust 2020 Oğuza istirahətə gedənlər cərimələndi
11 Avqust 2020 Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi - FOTO
11 Avqust 2020 Bu gündən “Gənclik” metro stansiyasının vestibülü açıq olacaq
11 Avqust 2020 Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı
11 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
11 Avqust 2020 Bill Qeyts dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı
11 Avqust 2020 Nəvələrinə ad günü keçirən babalar saxlanıldı
10 Avqust 2020 İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi
10 Avqust 2020 Azərbaycanda 1 həftəyə koronavirus belə azalıb
10 Avqust 2020 Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib
10 Avqust 2020 Lukaşenkonun rəqibinin neçə faiz səs topladığı açıqlandı