b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_gjggjjhjh.jpg
“Məşğulluq” altsisteminə daxil edilmiş 85 minə yaxın vakansiyadan 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Missiya.Az- a bildirilib.

Verilən məlumata görə, “Məşğulluq” altsisteminə vakansiyaların daxil edilməsi ilə paralel olaraq, işsiz və işaxtaranlara bu vakansiyalar üzrə e-qaydada göndərişlərin verilməsi prosesi həyata keçirilir.

Ötən dövrdə altsistemə 85 minə yaxın vakansiya daxil edilib. Onlardan 72300 vakansiya üzrə işsiz və işaxtaran vətəndaşlara e-qaydada göndərişlər verilib.

Hazırda isə həm qalan vakansiyalar üzrə göndərişlərin verilməsi, həm də “Vakansiya bankı”na işəgötürənlər tərəfindən yeni vakansiyaların daxil edilməsi prosesi davam edir.

İşəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər.

Bununla onlar işçi qüvvəsinə olan tələbatlarının çevik şəkildə ödənməsi, vakant iş yerlərinə vaxt itkisi olmadan uyğun namizədi tapa bilirlər.

İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə etmək, nəticədə hansısa quruma müraciət etmədən qısa vaxtda işlə təmin olunmaq imkanı qazanıblar.



18 Yanvar 2021 Sabah marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək - BNA
18 Yanvar 2021 Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb
18 Yanvar 2021 Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISI
18 Yanvar 2021 Əlverişsiz hava şəraiti Hirkan Milli Parkında yanğının söndürülməsinə ciddi maneə yaradır - FHN (VİDEO)
18 Yanvar 2021 Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib
18 Yanvar 2021 QMİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
18 Yanvar 2021 Prezident məmurlara xəbərdarlıq etdi: “Təmizləmə prosesi gedir və gedəcək”
18 Yanvar 2021 Azərbaycanla Türkiyə media sahəsində strateji əməkdaşlıq yaradır
18 Yanvar 2021 Elçin Alıoğlu yeni vəzifəyə təyin olundu
18 Yanvar 2021 İlham Əliyev: "Bu gün fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur"
18 Yanvar 2021 Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır"
18 Yanvar 2021 Prezident: "Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb"
18 Yanvar 2021 Xalq artisti 80 illik yubleyini reanimasiyada qarşılayıb
18 Yanvar 2021 Bakı metrosunun "8 noyabr" və digər 2 stansiyasına yeni rəis təyin olunub
18 Yanvar 2021 “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
18 Yanvar 2021 Qarabağa avtobus marşrutlarının təşkilinə dair pasportlar hazırlanıb
17 Yanvar 2021 Qara dənizdə batan gəmidə həlak olanların sayı artır - YENİLƏNİB + VİDEO
17 Yanvar 2021 Azərbaycanda koronavirusa 322 yeni yoluxma qeydə alınıb
16 Yanvar 2021 Hirkanda baş vermiş yanğın lokallaşdırılıb
16 Yanvar 2021 Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ