b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1559200230_9000000.jpg
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Missiya.Az xəbər verir ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilib ki, 14 may 2019-cu il tarixdə saat 05 radələrində Stansiya Mingəçevir-Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində naməlum avtomobillə piyada Məhərrəm Məmmədovun vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Ağcabədi rayon sakini Xəyal Sarıyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mercedes Benz” 200 markalı 04-AA-132 dövlət qeydiyyat nişanlı avtomobillə törətməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
 
X.Sarıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilibr.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 


02 İyul 2020 Dünyada koronavirusa qarşı 141 peyvənd hazırlanır
02 İyul 2020 Azərbaycan nefti bahalaşıb
02 İyul 2020 Vilayət Eyvazovdan karantin rejimi ilə bağlı - Müraciət
01 İyul 2020 Baş Nazir karantin rejimindən danışdı
01 İyul 2020 Rəsmilər sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan bölgələr üçün toplandı - FOTO
01 İyul 2020 İcazəsi olmayanlar belə müəyyən ediləcək
01 İyul 2020 Bakıda karantin postları niyə yığışdırılıb? - AÇIQLAMA
01 İyul 2020 İranda koronavirusa yoluxanların sayı 230 mini keçib
01 İyul 2020 Nazirlikdən yeni yaradılan agentliklərlə bağlı AÇIQLAMA
01 İyul 2020 Bill Qeytsdən koronavirus peyvəndi ilə bağlı bəd xəbər
01 İyul 2020 Bəhram Bağırzadə ECMO cihazından ayrılıb
30 İyun 2020 Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - VİDEO
30 İyun 2020 Şəxsi maşınında maska taxmayan sürücülər kamera ilə cərimə olunur? - AÇIQLAMA
30 İyun 2020 Azərbaycanda iki vəkil koronavirusa yoluxdu
30 İyun 2020 Azərbaycanın bu ərazisində postlar quruldu, nəzarət gücləndirildi - VİDEO
29 İyun 2020 Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, səkkiz nəfər vəfat etdi
29 İyun 2020 SMS-icazədə daha bir dəyişiklik
29 İyun 2020 “Azərbaycan Sənaye Bankı”nın sədri koronavirusdan ölüb
29 İyun 2020 Bakının bu rayonu yoluxmaya görə birinci yerə qalxdı
29 İyun 2020 Azərbaycanda həkimlərdən koronavirusla bağlı kritik xəbərdarlıq - VİDEO